RU

"Neftçi" 22 dəqiqə oynadı... Amma qalib gəldi - REPORTAJ

Neftçi (Bakı) - Kəpəz (Gəncə) 2:1 (2:0)
1. Emil Balayev (k) - 5,5
10. Filip Ozobiç - 6,5
(99. Ervin Koffi, 71) - 5,0
3. Höccət Haqverdi - 5,5
13. Emil Səfərov - 5,5
47. Murad Məmmədov - 5,5
(11. Kilan Lebon, 87) - qiymətsiz
14. Edvin Kuç - 6,0
4. Mark Tamaş - 5,5
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 5,5
20. Alfa Konte - 5,0
(88. Andrey Ştoqrin, 58) - 5,0
77. Yeqor Boqomolski - 6,0
(90. Ramil Şeydayev, 58) - 5,0
Ehtiyat oyunçular
93. Rza Cəfərov
30. Rustam Samigullin
7. Azər Əliyev
91. Ağadadaş Salyanski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Filip Ozobiç
1. Rojerio Santos - 5,0
11. Orxan Əliyev - 6,0
(15. Cavad Kərimov, 87) - qiymətsiz
7. Ehtiram Şahverdiyev - 5,0
12. Turan Manafov - 5,0
(17. Ümid Səmədov, 87) - qiymətsiz
5. Rauf Hüseynli - 4,5
(21. Camal Cəfərov, 46) - 5,0
26. Valdemar Almeyda - 4,5
(99. Əli Səmədov, 46) - 5,5
29. Dioqo Verdaska - 5,0
78. Yeqor Kvalko (k) - 5,0
3. Mahamadu Ba - 5,0
10. Karim Lkouça - 5,5
(19. Lassana Ndiaye, 87) - qiymətsiz
77. Viktor Braqa - 5,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
70. Nicat Suleymanov
20. Mahir Həsənov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Orxan Əliyev

Qollar: Y.Boqomolski, 4 (1:0). F.Ozobiç, 22 (2:0, E.Kuç). O.Əliyev, 77 (2:1, Ə.Səmədov).
Vərəqələr: H.Haqverdi, 36 (hakimin qərarına etiraz). V.Almeyda, 42 (qeyri-idman hərəkəti). E.Kuç, 53 (qeyri-idman hərəkəti). D.Verdaska, 54 (qeyri-idman hərəkəti). O.Əliyev, 69 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
VAR hakimi: Rəşad Əhmədov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
15 dekabr. Bakı. “Neftçi Arena”. 700 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Birinci dövrədə keçirilən "Kəpəz" - "Neftçi" matçını (4:3) xatırlayanlar bilir ki, Gəncə təmsilçisi həmin matça əsl derbi ab-havasında çıxmış, hətta lazım olan qələbəni qazanmaqla yanaşı, əzəli rəqibinin sabiq baş məşqçisi Roman Qriqorçukun qovulmasında pay sahibi olmuşdu. Bu üzdən komandaların cari mövsümdəki ikinci qarşılaşmasından da gözləntilərim böyük idi. Təbii ki, bunda "Neftçi"nin köhnə-yeni baş məşqçisinin də payını gizlədə bilmərəm.

Görəsən, son 7 matçda cəmi iki qələbə qazanan Samir Abasov bu oyundan məğlub ayrılsaydı, taleyi necə olacaqdı? Bayaq xatırlatdığım hadisələr ikinci dəfə yaşanacaqdımı? Bunu heç vaxt bilməyəcəyik. Ona görə ki, 4-cü dəqiqədə Almeydanın Santosa ötürməsi anlaşmazlıqla nəticələndi. Qolkiper təhlükəni sovuşdurmaq istəsə də, fürsətdən istifadə edən Boqomolski dərhal irəli atıldı və üzərinə gələn topu tora qovuşdurdu. Belədə "sarı-göylər"in sözün əsl mənasında xaosa düçar olduğunu deməliyik. Daha doğrusu, qonaqlar xətlərarası əlaqədə bir-birini başa düşmür, xüsusilə mərkəzdə lazımsız boşluqlar verirdi. Təbii ki, belə hallar bakılılar üçün göydəndüşmə fürsət mahiyyəti daşıyırdı və bundan yararlanmamaq yumşaq dildə desək, peşəkarlıqdan kənar olardı. Odu ki, meydam sahibləri ardıcıl hücumları sıralamağa başladı.

Növbəti təhlükəli epizod 12-ci dəqiqədə təsadüf etdi ki, Santos Tamaşın zərbəsini zərərsizləşdirdi. Ardından Sek qeyri-dəqiqlik üzündən fərqi artırmaq imkanını əldən verdi. Hər halda, meydan sahibləri ikinci qolu vurmaq üçün çox gözləmədi. Höccət 22-ci dəqiqədə Ehtiramdan aldığı topu Kuça, monteneqrolu isə Ozobiçə çatdırdı. Sonuncunun Xvalkonu qabaqlayaraq "çərçivə"ni dəqiq nişan alması isə fərqin artmasıyla nəticələndi. Ümumiyyətlə, 1-ci hissə "Neftçi"nin üstünlüyüylə davam etdi. Qalan dəqiqələrdə Konte və Tamaş da bəxtini sınayanlar sırasına qoşulsalar da, fasiləyə qədər hesabı dəyişməyə müvəffəq olmadılar. İkinci hissəyə daha fəal başlayan komanda isə "Kəpəz" oldu. Dəqiq desək, Lkouça... İspaniyalı 48, 65 və 75-ci dəqiqələrdə buraxılan qollardan birinin əvəzini çıxmağa çalışdı, amma hər birində qeyri-dəqiqlik üzündən istəyinə çatmadı.

Qonaqların arzusu 77-ci dəqiqədə Əlinin məhsuldar ötürməsi, Orxanın qolu sayəsində reallaşdı. Maraqlıdı ki, o, yeni mövsümdə vurduğu 4 qoldan üçünü "Neftçi"nin qapısından keçirib. Əslində bu matçda yenə fərqlənib bu statistikanı yaxşılaşdıra bilərdi. Sadəcə, Emil onun cərimə meydançasından endirdiyi zərbəni asanlıqla dəf etdi. Matçın son dəqiqələrində də "Kəpəz"in qol axtarışına şahidlik etdik. Lakin nə Cavadın başla "çərçivə"ni nişan almaq cəhdi işə yaradı, nə də Braqa Emilıə təkbətək mübarizədən qalib ayrıla bildi. Hər halda, derbinin qalibi "Neftçi" oldu. "Ağ-qaralar"ın hələ ki yeganə qazancı xal ehtiyatını artırmaqdı. "Kəpəz"in isə təhlükəli sıralardan uzaqlaşmaq üçün daha çoxuna ehtiyacı var...

KƏNAN BAHADIR

Gözdən qaçmadı
* PFL-in texniki-idman direktoru Elgiz Abbasov oyundan əvvəl noyabrın ən yaxşı qolunun müəllifi Murad Məmmədova mükafat təqdim etdi.
* “Xəmsə”, “Kəpəz Ultras” və “Forza Neftçi” komandalarını sona qədər dəstəklədilər.
*Oyunu stadiondan izləyənlər arasında “Şamaxı”nın hücumçusu Leroy Mikels də var idi.
* Orxan Əliyev “Neftçi”yə qarşı keçirdiyi 6 oyunda 6-cı qolunu vurdu.

RÖYANƏ OĞUZ

Избранный
13
football-plus.az

1Источники