Bakı. Trend:
Ankarada “Beynəlxalq avtomobil daşımaları üzrəAzərbaycan-Türkiyə Qarışıq Komissiyası”nın iclası keçirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat yayıb.
Bildirilib ki, iclasda avtomobil nəqliyyatı ilə beynəlxalqdaşımaların tənzimlənməsinə dair mühüm məsələlər müzakirə edilərəkqərarlar qəbul olunub. Tərəflər beynəlxalq daşımaların ikitərəfliticarətdə oynadığı mühüm rolu nəzərə alaraq sahənin inkişafı üçünbirgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Qeyd edilib ki, Türkiyə ilə Azərbaycan arasında “İcazə”blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkanverən “E-Permit” sisteminin yaradılması və inteqrasiya işləriuğurla yekunlaşıb. Bildirilib ki, layihənin uğurla həyatakeçirilməsi nəticəsində ölkələrimiz arasında ikitərəfliyükdaşımalarda elektron icazənin tətbiqinə başlanılıb və ilk sınaqdaşınmaları yerinə yetirilib. Elektron icazənin tətbiqi ilədekabrın 16-da Türkiyə daşıyıcı şirkətinə məxsus ilk yük avtomobiliAzərbaycana çatıb. Elektron “İcazə” blankı alan, Azərbaycandan yoladüşən ilk yük avtomobilinin isə dekabrın 18-də Türkiyə ərazisinədaxil olması gözlənilir.
İclasda statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları ətrafında müzakirələr aparılıb, iki ölkə arasındayükdaşımaların həcminin artdığı xüsusi qeyd olunub.
Həmçinin Türkiyə və Azərbaycan daşıyıcıları tərəfindənbeynəlxalq daşımalarda istifadə olunan “İcazə”lərin sayı barədəmüzakirələr aparılıb. 2025-ci il üçün fiziki “İcazə” blanklarınınkvotası yükdaşımalar üzrə ikitərəfli/tranzit 65000 ədəd, tranzit85000 ədəd, 3-cü ölkəyə/ölkədən 15000 ədəd, Azərbaycan daşıyıcılarıüçün Limandan yük alma/3-cü ölkəyə/ölkədən 5000 ədəd və beynəlxalqsərnişin daşımaları bərpa olunduğu təqdirdə qeyri-müntəzəmdaşımalar üçün 200 ədəd müəyyən edilib.
Eyni zamanda beynəlxalq yükdaşımalar üçün gələn il üzrə elektron“İcazə” blanklarının ilkin kvotası ikitərəfli 500 ədəd və tranzit15000 ədəd müəyyən edilib.
Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarınhəyata keçirilməsi üçün “İcazə” blanklarının sayı 15500 ədədartırılaraq 2025-ci il üzrə 185700 ədəd təyin edilib.
Elektron sistemin il ərzində istifadə səviyyəsindən asılı olaraqmübadilə edilən fiziki “İcazə” blanklarının elektron icazələrləəvəz edilə biləcəyi barədə razılığa gəlinib. Qeyd edilib ki,ehtiyac olduğu təqdirdə istifadə səviyyəsinə uyğun olaraq fiziki vəya elektron “İcazə” blanklarının əlavə mübadiləsi aparılacaq.“İcazə” blankları növbəti il yanvarın 31-dək etibarlı olacaq.
Eyni zamanda Taxoqraf kartlarının Türkiyədə çap edilməsi iləbağlı texniki heyətlər arasında görüşlərin davam etdirilməsi vəE-CMR ilə əlaqədar birgə işlərə başlanılması barədə qəraragəlinib.