RU

“Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyi “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirilib

“Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”  adlı layihənin icrasını tamamladı. 

Azərbaycan Respublikası  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi  kiçik qrant hesabına  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi   “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”   adlı layihənin icrasını yekunlaşdırdı. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz  qlobal təhsil bazarında rəqabətədavamlı deyil. Bunun bir çox səbəbləri var.  

Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Universitetlərimizinn beynəlxalq rəqabətqabiliyyəliyi olmaması səbəbi ilə bizdə oxuyanəcnəbi tələbələrin sayı xeyli azdır. Məsələn, bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alır.  Biz də öz universitetlərimiz haqqında da düşünməliyik. Türkiyədə bizim 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Yəni xarıcdə 70 min civarında tələbəmiz varsa, bizdə əcnəbi tələbələrin sayı 7-8 min nəfərdir. Bu həm iqtisadi, həm də beynəlmiləlləşmə baxımından universitetlərimizə ziyandır. Universitetlərimizin rəqabətqabiliyyəliyini yüksəltməliyik. 

Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var idi. Əslində belə müzakirələr davamlıolaraq və bütün universitetlərdə təşkil edilməlidir.  Yaxşı haldır ki, Azərbaycan Respublikası  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”  təhsil problemlərinə dair belə layihələrə mütəmadi olaraq qrant ayırır. 

Qeyd edək ki, “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi  sistematik olaraq agentliyin dəstəyi ilə təhsil müəssislərində belə aktual mövzularda tədbirlər təşkil edir. 

Sonuncu  layihə  çərçivəsində  olan dəyirmi masalarda  universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə  universitetlərimiz  rəqabət qabiliyyətli  deyil v.s. kimi məsələlər müzakirə edilmişdir. Layihə rəhbəri  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyinin təsisçisi, təhsil eksperti,  dosent İlham Əhmədov  olmuşdur. 

Layihə çərçivəsində  ölkənin bir neçə   universitetində  belə təbdbirlər  oldu. Bu mövzuda  tədbirlər  ADA universitetində, SDU-də və ADPU-da  təşkil edilmişdi. Tədbirlərdə  ADA, ADPU, UNEC və digər universitetlərin əməkdaşları, təhsil ekspertləti, təhsil jurnalistləri, təhsil yönümlü QHT nümayəndələri  iştirak etmişdilər. Layihə rəhbəri dos. İlham Əhmədov “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda olan təqdimatı tədbir iştirakçılarınin  böyük  marağına səbəb olmuşdu.   Tədbirlərin sonunda hər dəfə mövzu ətrafında maraqlı diskusiyalar da olurdu. 

Избранный
13
2
tehsil.biz

3Источники