2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7% və ya 9505 ton, dəyər baxımından isə 35.4% və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib.