Braziliyalı hücumçu Rişarlison yanvarda “Tottenhem”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu oyunçunun performansından narazıdır və yanvarda gələcək təklifləri dəyərləndirəcək.
“Tottenhem” Rişarlisonun satışından əldə olunacaq pulla yeni hücumçu almaq istəyir.
Braziliyalı futbolçu bu mövsüm 7 oyunda meydana çıxıb və fərqlənə bilməyib.