Bakı. Trend:
Dekabrın 23-də Bakıda “Dini maarifləndirmənin aktual məsələləri:ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan DinXadimlərinin Forumu keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,forumda müvafiq dövlət qurumlarının, Azərbaycanda fəaliyyətgöstərən müxtəlif konfessiyaların nümayəndələri, eləcə də dinitəhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim vəmütəxəssislər iştirak edəcəklər.
Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dinimaarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması,eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti,qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsiməqsədilə keçiriləcək Foruma respublikamızın müxtəlif bölgələrindəndəvət edilmiş fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslamvə qeyri-İslam dini icmaların rəhbərləri qatılacaqlar.
Tədbirin “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideolojibaxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilininrolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasirçağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyəvə praktika” mövzularına həsr olunacaq panel sessiyalarında dinisahədəki siyasətin əsas istiqamətləri, aktual məsələləri, ölkədədini durumla bağlı mövcud vəziyyət müzakirə olunacaq.
Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində “QərbiAzərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya”mövzusuna həsr olunan fotosərgi nümayiş etdiriləcək.
Dekabrın 22-də Forum iştirakçıları Fəxri xiyabanı, Heydərməscidini ziyarət edəcək, Azərbaycan İlahiyyat İnstitutununfəaliyyəti ilə tanış olacaqlar.