RU

“Qərbi Azərbaycan manifesti gəncliyin gözü ilə”

İsmayıllı rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tədbir keçirilib. Gənclər Mərkəzi İctimai Birliyinin “Qərbi Azərbaycan manifesti gəncliyin gözü ilə” adlı layihəsi çərçivəsində baş tutan mərasimdə təşkilatın sədri Kənan Qubadzadə çıxış edərək bildirib ki, layihə nazirlik tərəfindən 2024-cü ildə élan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilir: 

- Layihənin müddəti 3 aydır. Burada, əsas məqsəd Qərbi Azərbaycanla bağlı həqiqətləri, tarixi şəxsiyyətləri, qədim mədəni irs abidələrini və hüquqi faktları sənədli film, bukletlər, kitabçalar və xüsusi geyimlər vasitəsilə daha  böyük kütləyə çatdırmaq, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etməkdən ibarətdir.

Tədbirdə çıxış edən İsmayıllı rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdir müavini Nəsimi Teymurov, Regional Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin əyani şöbəsinin müdiri Elmir Ağayev Gənclər Mərkəzi İctimai Birliyinin layihəsinin əhəmiyyətindən, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, tarixi şəxsiyyətləri, hüquqi sənədləri, müxtəlif illərdə həyata keçirilən deportasiya və bu müddət ərzində vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasını şərtləndirən məsələlərdə ictimai rolun artırılması barədə fikirlərini səsləndiriblər.

Sonda, layihə çərçivəsində hazırlanmış sənədli film nümayiş olunub, bukletlər, dəftərxana ləvazimatları və geyim dəsti paylanıb.
 

Избранный
2
8
xalqqazeti.az

10Источники