Yaponiyada orbitə peyk yerləşdirən ilk özəl şirkət olmağı hədəfləyən “Space One”a məxsus “Kairos” raketinin ikinci buraxılış cəhdi uğursuzluqla nəticələnib.
İndex.az xəbər verir ki, havaya qalxdıqdan qısa müddət sonra raket planlaşdırılan marşrutdan çıxdı və özünü məhv etmək tapşırığı aldı.
Yaponiyada yerləşən mülki kosmik nəqliyyat şirkəti “Space One”ın orbitə peyk göndərmək üzrə ikinci cəhdi də uğursuzluqla nəticələnib.
“Space One” nasazlığın səbəbini müəyyən etmək üçün təhqiqata başlasa da, Yaponiya Sahil Mühafizəsi uğursuz buraxılış cəhdi səbəbindən heç bir zərərin baş vermədiyini açıqladı.