Bakı. Trend:
ABŞ-nin Virciniya ştatında yaşayan diaspor fəalları ŞamamaMəmmədova və qızı Mənsurə Məmmədova Şuşaya səfər edib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləbaş tutan səfərdə soydaşlarımız ABŞ-də özlərinin tikibhazırladıqları 15 metr uzunluğunda üçrəngli Azərbaycan bayrağınıŞuşa Yaradıcılıq Mərkəzinə hədiyyə veriblər. 2020-ci ildə Şuşanınişğaldan azad edilməsi münasibətilə paytaxt Vaşinqtonda keçirilənqələbə yürüşündə dalğalandırılan bu bayraq ABŞ-nin müxtəlifştatlarında təşkil olunan digər tədbir və yürüşlərdə də istifadəolunub. Mərkəzdən verilən məlumata görə bayraq Şuşa şəhərində inşaolunacaq Zəfər muzeyi fəaliyyətə başladıqda ora təhvil veriləcək vəmuzeydə sərgilənəcək.
Şuşaya səfər zamanı soydaşlarımız aparılan yenidənqurma işləriilə tanış olub, mədəniyyət paytaxtımızda “Güllələnmiş heykəllər”,Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və digər tariximəkanlara baş çəkiblər. Şamama Məmmədova illər əvvəl Şuşadaolduğunu, Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfəgəldiyini və qürur hissi keçirdiyini bildirib. Onlar bu zəfərsevincini yaşatdığına görə müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevə və şanlı ordumuza minnətdarlıq ifadə ediblər.
Qeyd edilib ki, Şamama Məmmədova və Mənsurə Məmmədova Azərbaycanhəqiqətlərinin təbliği istiqamətindəki fəallıqlarına görə komitətərəfindən təşəkkürnamə ilə təltif olunublar.