RU

Azərbaycan və İran "Cənub Yük Terminalı"nın fəaliyyətini genişləndirə bilər

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

Məlumata görə, qurumun sədri Rövşən Rüstəmov İrana səfər edərək bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüş keçirib.

Görüşdə “Cənub Yük Terminalı”nın İranda yerləşlən Astara terminalının inkişafı üçün əsas mərhələlər və icra müddətləri, eyni zamanda, törəmə şirkətin fəaliyyətinin genişləndirilməsi üçün atılacaq ortaq addımlar, Araz çayı üzərində dəmiryol körpüsünün məsələsi müzakirə edilib.

© Report

Избранный
21
marja.az

1Источники