İspaniya polisi La Liqanın 17-ci turunun "Atletiko Madrid" - "Xetafe" matçından (1:0) sonra "Metropolitano"nun ev stadionu yaxınlığında iğtişaşlar törətdiklərinə görə 16 fanatı həbs edib.
Publika.az "Relevo"ya istinadən xəbər verir ki, görüşün sonunda Madrid klubunun atributlarını geyinmiş 16-25 yaşlı 16 nəfər Çin bazarına soxularaq mağazaların şüşə vitrinləri sındırıb, sahibini və digər ziyarətçiləri hədələyiblər. Ehtimal olunur ki, onlar orada başqa radikal fanatlar axtarırdılar. Ümumilikdə hadisədə 50-yə yaxın adam iştirak edib.
Həbs edilən gənclər asayişi pozmaq, cinayət törətmək və əraziyə daxil olma qayalarını pozmaqda ittiham olunurlar. Hazırda istintaq davam edir. Polis saxlanılanların azarkeşlər klubunun üzvü olub-olmadığını və ya hansı qrupa aid olduğunu müəyyən etməyə çalışır.