RU

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında rəsmi səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Bu barədə "Operativ Media"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Əvvəlcə parlament rəhbərləri arasında təkbətək görüş keçirilib. Görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Numan Kurtulmuş yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

O, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Rəsmi səfərə dəvətinə və göstərilən qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova yenidən qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, bu seçkilərin ən böyük xüsusiyyəti o idi ki, ilk dəfə olaraq parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçirilib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr də yüksək qiymətləndirilib. Vurğulanıb ki, qanunverici orqanlarımız arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı parlamentlərimizin, dostluq qruplarının, həmçinin parlament komitələrinin əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin plenar iclas zalında salamlanması mərasimi olub.

Daha sonra Azərbaycan parlament nümayəndə heyəti 15 iyul 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdi zamanı TBMM-in zədələnmiş ərazilərini ziyarət edib.

Избранный
2
13
operativmedia.az

10Источники