RU

Moldova prezidentinin andiçmə mərasimi bu tarixdə keçiriləcək

Moldovanın seçilmiş Prezidenti Maya Sandu respublika Sarayında dekabr 24-də keçirilməsi planlaşdırılan andiçmə mərasimindən sonra ikinci prezidentlik müddətini rəsmi olaraq icra etməyə başlayacaq.

Bu barədə \"TV 8” telekanalına Prezidentin müşaviri Andrian Belutsel məlumat verib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin noyabrın 3-də keçirilən ikinci turunun nəticələrinə əsasən Maya Sandu səslərin 55,33 %-ni toplayaraq müxalifət namizədi Aleksandr Stoyanoqlonu qabaqlayıb.

Qeyd edək ki, ölkə prezidenti dörd illik müddətə seçilir.
 
///report
Избранный
2
2
azxeber.com

5Источники