RU

“Aİ ölkələri atəşkəsdən sonra Ukraynaya 40-100 min sülhməramlı göndərə bilər” – “Reuters”


“Avropa ölkələri atəşkəs olacağı təqdirdə Ukraynaya qoşun yeritməyi müzakirə edirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, analitiklər və nəşrin mənbələri Avropa kontingentinin sayını 40-100 min nəfər arasında qiymətləndirir və qüvvələrin əsas hissəsini Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyadan olan hərbçilərin təşkil edə biləcəyini ehtimal edir.
Agentliyin məlumatına görə, Ukraynaya Avropa kontingentinin göndərilməsi ilə bağlı danışıqlar ilkin mərhələdədir, lakin artıq ölkələr arasında fikir ayrılıqları var - hətta bu məsələnin indi müzakirə olunmasının məqsədəuyğunluğu ilə bağlı. Agentliyin yazdığına görə, Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinə elə təəssürat yaratmaq istəmirlər ki, danışıqların vaxtı çatıb və o, döyüş meydanında öz mövqeyini qoruyub saxlaya biləcək. Bununla belə, pərdə arxasında bəzi rəsmilər Aİ-nin Ukraynaya verə biləcəyi mümkün zəmanətləri nəzərdən keçirir.
“Reuters” qeyd edir ki, Avropa qüvvələrinin mövcudluğu Rusiya ilə birbaşa qarşıdurma riskini artıracaq. Onların BMT-nin himayəsində olub-olmaması məsələsi də var – rəsmilər hesab edirlər ki, bu, Rusiyaya həddən artıq təsir gücü verəcək.
Избранный
12
yeniavaz.com

1Источники