RU

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr bütün istiqamətlər üzrə genişlənməkdədir - Spiker

Bakı. Trend:

Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr çox yüksəksəviyyədədir və bütün istiqamətlər üzrə genişlənməkdədir.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə BöyükMillət Məclisinin sədri Numan Kurtulmuşla görüşdən sonra mətbuataaçıqlamasında deyib.

Mətbuat konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisininsədri Numan Kurtulmuş bir daha Azərbaycan Milli Məclisinin sədrinisalamlayaraq, bu səfərin yüksək səviyyədə olan parlamentlərarasıəlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadəedib.

Azərbaycan və Türkiyənin regionda sülh və sabitliyin, inkişafıntəmin olunmasına mühüm töhfələrini qeyd edən TBMM sədri həmçininölkələrimizin öncüllüyü ilə Türk dünyasının daha da güclənməsi,Türk dövlətləri arasında birliyin möhkəmlənməsi istiqamətindəatılan addımları təqdir edib. Numan Kurtulmuş Azərbaycanın buistiqamətdə atdığı addımları tarixi addımlar kimiqiymətləndirib.

O, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixizəfər, antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü vəsuverenliyini təmin etməsindən sonra regionda davamlı sülhün vəsabitliyin təmin olunması üçün yeni imkanlar yarandığını deyərək,Zəngəzur dəhlizinin açılmasının önəmini vurğulayıb. TBMM sədrininsözlərinə görə, bu dəhlizin açılması region dövlətləri ilə yanaşı,regiona qonşu olan dövlətlərin də mənafeyinə cavab verir.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkilərikeçirildiyini xatırladan spiker Sahibə Qafarova, Milli Məclisinsədri seçildikdən sonra ilk rəsmi səfərini, artıq ölkələrimizarasında formalaşmış ənənəyə uyğun olaraq, qardaş TürkiyəCümhuriyyətinə etdiyini bildirib. Sahibə Qafarova bu səfərin onunAzərbaycan Respublikası Milli Məclisinin sədri kimi TürkiyəCümhuriyyətinə artıq üçüncü rəsmi səfəri olduğunu, hər səfərindəqardaş Türkiyənin daha da tərəqqisinin şahidi olduğunu deyib. O,qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyialtında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyüknailiyyətlər əldə etdiyini, artıq qlobal miqyasda gedən proseslərətəsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.

Azərbaycan-Türkiyə münasibətlərinin hazırki yüksək səviyyəsindəndanışan Milli Məclisin sədri deyib ki, müasir Azərbaycan-Türkiyəmünasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi Azərbaycanxalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət iki dövlət”kəlamını ən parlaq şəkildə təcəssüm etdirir. Ölkələrimiz vəxalqlarımız həm sevincli, həm də kədərli günlərdə bir yerdədirlərvə bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüzdəstəkləyirlər.

Dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənabRəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səylərisayəsində bu münasibətlərin özünün ən yüksək zirvəsinə -müttəfiqlik səviyyəsinə çatdığını deyən Sahibə Qafarova bildiribki, əməkdaşlıq əlaqələrimiz bütün istiqamətlər üzrə hərtərəfliinkişaf edir. Dövlət başçılarımızın müəyyən etdikləri hədəflər,verdikləri tapşırıqlar uğurla icra olunur.

Bu gün Türkiyə Böyük Millət Məclisində keçirdiyi müzakirələrdəparlamentlərimiz arasındakı əlaqələrin bir daha nəzərdənkeçirildiyini bildirən spiker Sahibə Qafarova diqqətə çatdırıb ki,qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksəksəviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq, bütün istiqamətlərüzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərləyanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür vəmüzakirələr aparır. Dostluq qrupları sıx dialoq içərisindədir. Dahaöncədən əldə olunmuş razılaşmalara uyğun olaraq, artıq müxtəlifsahələrdə fəaliyyət göstərən komitələrimiz arasında da əməkdaşlıqdərinləşməkdədir.

Milli Məclisin sədri həmçinin diqqətə çatdırıb ki, parlamentnümayəndə heyətlərimiz arasında da çoxsaylı qarşılıqlı səfərlərhəyata keçirilir. Xatırladılıb ki, bugünlərdə Türkiyə Böyük MillətMəclisinin böyük nümayəndə heyəti Bakıda Beynəlxalq ParlamentKonfransında iştirak edib, işğaldan azad olunmuş ərazilərimizəsəfər edib.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan,Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıqformatlarının da mövcud olduğu qeyd edilib. O da diqqətə çatdırılıbki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlıdəstək işimiz yüksək səviyyədədir. Nümayəndə heyətlərimiz bütünməsələlərdə bir-birini dəstəkləyir, ortaq mövqe nümayiş etdirirlər.Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri Türk DövlətləriParlament Assambleyası çərçivəsində digər türk dövlətlərininparlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz də Türkdünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşənvəzifələri yerinə yetirməyə çalışır.

Sonda bugünkü müzakirələrin yekunu barədə də məlumat verən MilliMəclisin sədri deyib ki, gəlinən fikir birliyi budur ki, onsuz dayüksək səviyyədə olan parlamentlərarası əlaqələrimizi daha dainkişaf etdirək, Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlikmünasibətlərinin, birlik və həmrəyliyinin daha damöhkəmləndirilməsi və dərinləşdirilməsinə töhfə verək.

Избранный
12
13
az.trend.az

10Источники