RU

Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransız həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi məlumata görə, söhbətdə Türkiyə ilə Fransa arasındakı münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Söhbət zamanı prezident Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnunluq duyduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan suriyalı qaçqınların öz ölkələrinə geri qayıtması üçün işlərin başladığını, onların öz vətənlərində qalmasını təmin edəcək davamlı şərtlərin yaradılması, həmçinin yenidənqurma işlərinin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Избранный
5
1
sia.az

2Источники