RU

Polşa sığınacaq hüququnu məhdudlaşdıran qanunu təsdiqləyib

Polşa hökuməti sığınacaq hüququnu məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Nazirlər Kabinetinin iclasında biz vizaların verilməsi və sığınacaq verilməsi üçün yeni qaydaları qəbul etdik", - deyə nazir bildirib.

Polşanın baş naziri eyni zamanda İtaliya və Danimarkanın baş nazirləri ilə miqrasiya siyasətini müzakirə etmək planlarının olduğunu açıqlayıb.

 

Избранный
12
operativmedia.az

1Источники