RU

Trampdan Zelenskiyə qarşı daha bir jest- "gəlir gəlsin, özü bilər" dedi...

Image

Azər Həsrət: "...Donald Trampın fikirlərinə rəğmən, Amerika Ukraynanı diqqətdən kənarda qoyan deyil"

ABS-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında jurnalistlərin bu barədə sualına cavab olaraq bildirib ki, xeyr, mən onu dəvət etməmişəm - ancaq gəlmək istəsə, onu qəbul etmək istərdim. Yəni onu dəvət etməmişəm.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyri-legitimliyinə görə Ukrayna lideri Vladimir Zelenskini inauqurasiya mərasiminə dəvət etməyib. ABŞ-ın gələcək administrasiyası üçün Zelenski sövdələşmə predimetindən başqa bir şey deyil.

Bu fikri isə “Vzqlyad” qəzetinə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin keçmiş müavini Konstantin Dolqov deyib.

“Donald Trampın bəyanatı Vladimir Zelenskinin ictimai alçaldılmasıdır. ABŞ-ın seçilmiş prezidenti açıq şəkildə bildirir ki, inauqurasiyada ukraynalı siyasətçiyə çağırılmamış qonaq kimi baxılacaq: ona kofe verilə bilər, amma bu qədər”, - Dolqov bildirib.

Diplomatın sözlərinə görə, Zelenskinin Vaşinqtondakı mərasimə gəlib-gəlməməsinin əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, daha vacib olan gələcək Tramp administrasiyasının Ukrayna böhranı kontekstində hansı addımları atacağıdır.

Bundan əvvəl CNN Zelenskinin Trampın andiçmə mərasiminə dəvət edilmədiyini, lakin onlar Ukrayna prezidentini orada qəbul etməyə hazır olduqlarını bildirmişdi.

Siyasi şərhçi Azər Həsrətdən soruşduq ki, Trampın bu jesti sizcə nə deməkdir?

O, baki-xeber.com-a açıqlamasında dedi ki, Donald Tramp özünun ekstra-ordinar davranışları və bəyanatları ilə daim diqqət çəkib: "O, birinci dönəm prezident olduğu dövrdə də belə idi, prezident olmadıgı dövrdə də belə davam etdi. İndi yenidən seçilib, eyni templə davam edir. Zelenskinin Trampın inauqurasiyasına dəvət edilib-edilməməsi məsələsinə gəldikdə, ABŞ dövlət siyasəti prizmasından baxanda, o mütləq bu mərasimə dəvət edilməlidir. Çünki Zelenski Qərbin və ABŞ-ın sevimlisidir, onların siyasətinin gavahınıdır, kotanıdır. Belə bir şəraitdə Donald Trampın onu bu mərasimə dəvət etməməsi, "gəlirsə-gəlsin" deməsi, əlbəttə, uyğun davranış deyil.

Eyni zamanda, özünə hörmət edən prezident heç vaxt belə "dəvətlə" inauqurasiya mərasiminə gedəsi deyil. Mən əminəm ki, Zelenski bu cur "dəvət"lə o mərasimə getməyəcək. Fikrimcə, D.Trampın belə danışmasına baxnayaraq, mümkundur ki, Amerikanın dərin dövləti Trampı Zelenskiyə rəsmən dəvətnamə göndərməyə məcbur eləsin. Hələ vaxt var və bu gözləniləndir. Yəni düşünürəm ki, Donald Tramp Zelenskini inauqurasiya mərasiminə rəsmən dəvət edəcək. İndi Tramp bir az şıltaqlıq edir. Bu da onun xarakterindən irəli gəlir.

Eyni zamanda, Donald Trampın fikirlərinə rəğmən, Amerika Ukraynanı diqqətdən kənarda qoyan deyil. Yanvarın 20-ə qədər hələ bir aydan da çox vaxt var, yeni seçilmiş prezident həmin dəvət məsələsini bundan sonrakı mərhələdə həll edəcək".

Dəniz NƏSİRLİ





Избранный
13
baki-xeber.com

1Источники