RU

İnformasiya və rabitə sektorunun gəliri 3,2 milyard manata çatıb

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 3 milyard 188,7 milyon manat təşkil edib ki, onun da 71,9 faizi əhali tərəfindən istehlak olunub.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.

Qeyd olunub ki, xidmətlərdən əldə edilən gəlirin 35,3 faizi və ya 1 milyard 125,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Fuad Mədətov
Fins.az

Избранный
3
2
fins.az

3Источники