RU

Müəlliminin verdiyi ev tapşırığı onu milyonçu etdi - FOTO

ABŞ-da yaşayan 10 yaşlı Trip Fillips müəlliminin verdiyi tapşırıq sayəsində milyonçu olub. 

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, 2014-cü ildə Tripin sinif müəllimi şagirdlərindən ev tapşırığı üçün hər hansı bir şey icad etmələrini xahiş edib.

Trip leqoları ilə oynayarkən onların daim dağıldığını görüb və ona güclü, lakin zərər verməyən yapışdırıcı lazım olduğuna qərar verib.

Bu fikri atasına deyən azyaşlı ideyasının ona milyonlarla dollar qazandıracağından xəbərsiz idi.

Trip 2015-ci ildə keçirilən “Beynəlxalq Torrance Heritage Creativity Awards” müsabiqəsində iştirak edib və leqo yapışqan ideyası ilə birinci yeri tutub.

Bu hadisədən sonra o, 40 min dollar toplayıb və “LeGlue” adlandırdığı yapışdırıcını istehsal etməyə başlayıb. Bu yapışqanın ən əhəmiyyətli xüsusiyyəti onun ilıq suda həll olması və leqolardan asanlıqla ayrılması idi.

Uğurunu “Shark Tank” sahibkarlıq proqramında sərgiləyən Trip 2017-ci ildə investorların dəstəyini qazanmağı bacarıb və 7 min satış həyata keçirib.

O daha sonra fasiləsiz işləməyə davam edib və məhsulu populyarlıq qazanıb. Tripin səyləri nəticəsində qazancı 2022-ci ildə 1 milyon dollara, 2024-cü ildə isə 2 milyon dollara çatıb.

Billurə Yunus

Избранный
29
2
seherxeber.org

3Источники