RU

Ölkəmizdə III dəfə Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi hesabatlılığının düzgün təşkili hər bir şirkətin güclü və dayanıqlı fəaliyyətində mühüm rol oynayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki “Hesabın Gücü” konsept mesajı ilə keçiriləcək üçüncü “Vergi və Mühasibatlıq Zirvəsi” məhz bu reallığı vurğulayaraq, uçot sahəsindəki peşəkarların biznesin inkişafında oynadıqları əvəzolunmaz rolu ön plana çıxaracaq.

Əvvəlki illərdə ardıcıl iki dəfə keçirilmiş “Zirvə” öz məqsədinə çatmış, çoxlu sayda uçot mütəxəssisi, ekspert, biznes və dövlət nümayəndələrinin iştirakı ilə əvəzsiz müzakirə, şəbəkələşmə, sahə üzrə yeniliklərin mübadiləsi platformasına çevrilmişdir.

2025-ci ilin 1 mart tarixində Gülüstan Sarayında baş tutacaq növbəti “Vergi və Mühasibatlıq Zirvəsi”nin üç maraqlı və faydalı paneldən ibarət olması planlaşdırılır:

1. Maliyyə riskləri və uçot.

2. Peşəkar Mühasib Sertifikatı: qızıl bilet, yoxsa məcburiyyət?

3. Vergilər: menecment və vizyon.

Panellərin adlarından da göründüyü kimi tədbirdə maliyyə idarəetməsi sahəsində biznes riskləri, biznesin etibarlılığı və imicinin qorunması baxımından vergi qanunvericiliyinin düzgün tətbiqi, cari əməliyyatların icrası və strateji qərarların qəbulu zamanı peşəkar kadrların əhəmiyyəti diqqət mərkəzində olacaq.

Избранный
2
1
operativmm.az

2Источники