RU

“Politico”: ABŞ Suriyadakı həbsxanalardan minlərlə terrorçunun qaçmasından qorxur

ABŞ Suriyadakı həbsxanalardan minlərlə terrorçunun qaçmasından qorxur.

İnterpress.az xəbər verir ki, bu bardə “Politico” yazıb.

Bildirilir ki, ABŞ rəsmiləri Suriya həbsxanalarında saxlanılan İŞİD yaraqlılarının kütləvi şəkildə qaçacağından qorxurlar.

Nəşrin məlumatına görə, silahlılar və onların ailə üzvləri müvəqqəti həbsxanalarda saxlanılır. Onları “məhdud sayda silaha malik olan ABŞ-nin dəstəklədiyi kürd qüvvələri” qoruyur.

Söhbət təxminən 9 min yaraqlıdan və arvadları və uşaqları da daxil olmaqla daha 50 min nəfərdən gedir.

Məqalədə deyilir: “Əgər Türkiyə ABŞ-nin dəstəklədiyi kürd qüvvələrinə (SDQ) qarşı bu hücumları dayandırmasa, biz böyük qaçışla üzləşə bilərik”.

Saxlanılan yaraqlıların əksəriyyəti İraq və Suriyadandır, bir çoxu isə Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan, o cümlədən ABŞ-dən gəlir. Bununla belə, bəzi ölkələr “vətənlərinə qaytarmağa tələsmir” deyə nəşr yazıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
10
interpress.az

1Источники