RU

Həm regional, həm beynəlxalq məsələlərdə Azərbaycan öz sözünü deyəcəkdir - Yunus Oğuz- ÖZƏL

"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində cənab Prezident faktiki olaraq,həm regional sahədə, həm də beynəlxalq səviyyədə bir neçə aktual məsələlərə toxunub".
Bunu Olaylar.az-a açıqlamasında yazıçı-publisist, politoloq  Yunus Oğuz deyib.
"Gürcüstanlıların, Qərbi azərbaycanlıların öz dədə-baba vətənlərinə qayıtması, Fransanın siyasəti və s. başqa aktual mövzulara aydınlıq gətirib. 
Belə ki, min illərdir Ermənistanda yaşayan qərbi azərbaycanlılar bu gün də öz torpaqlarına qayıda bilmirlər və haqlı olaraq cənab prezident onların geri qayıtmasının təminatını Ermənistandan istəyir və bu da çox təbiidir. Əbədi köçkün qalmayacaqlar, əbədi Azərbaycanda yaşamayacaqlar ki? Özlərinin dədə-baba torpaqları var, öz vətənlərinə qayıtmalıdırlar. Təbiidir, bunun üçün kifayət qədər ciddi işlər getməlidir. Həm də nəzərə alaq ki, bu işlər  artıq 44 günlük müharibədən sonra daha da sürətlənib və prezident əminliklə  bildirir ki, tezliklə Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaq, tarixi yaşadıqları yerləri görəcək və orada yaşayıb, yaradacaqlar. 
Digər bir məsələ isə, Makrondur. Fransa illər boyu nə qazanmışdısa Makron bu yeddi ildə onu itirdi və getdikcə də Fransanın nüfuzu doğrudan da ciddi düşməyə başlayıb. Hətta görürsünüz ki, artıq parlament seçkilərində Makronun tərəfdaşları, Makronun partiyası qələbə qazana bilmir. Bu da Makronun apardığı uğursuz  və  yarıtmaz siyasətin nəticəsidir. Bu siyasətdə aqressivlik var, üçüncü dövlətlərə qarşı kifayət qədər hücumlar var və Makron sanki onların  dünyadan yox olmasını arzulayır və buna qarşı da təbiidir ki, cənab prezident öz münasibətini bildirib. Deyib ki, demokratiya və hüquq belə olmur, insan haqları belə olmur. Sən başqa ölkələrdə insan haqlarını məhv edirsən, insan haqlarını göz ardına gətirirsən, amma öz ölkəndə isə heç insan haqlarını qorumursan. Hətta adi  sosial məsələləri, iqtisadi məsələləri də həll edə bilmirsən. Fransanın daha böyük insanlar yetirməsi Makronun vaxtında mümkün olmadı. Böyük şairlər, böyük alimlər, böyük yazıçılar, böyük rəssamlar, bəstəkarlar yetirə bilmədi. Artıq bu, göz önündədir, son 20 ildə Fransanın demək olar ki, heç bir nüfuzlu şəxsi önə çıxa bilməyib və bu da ki, Fransanın apardığı xarici və daxili siyasətin nəticəsidir. İnsanlar artıq həm daxildə, həm də müstəmləkə ölkələrində Makrona inanmırlar və Makronun, Fransanın yürütdüyü siyasəti göz ardına vurub, onlardan uzaqlaşmaq istəyirlər. Sümürgəçilik həmişə belə olub və bundan sonra da olacaqdır. 
Digər bir məsələ isə, Gürcüstan hadisələrində Fransa özünü daha çox göstərməyə çalışdı. Təəssüflər olsun ki, bu gün də Türkiyədə, Suriyada öz yerini istəməyə çalışır, Ərdoğanla görüşür. Amma bütün dünyada artıq "dünya beşlərdən böyükdür" məsələsi bu gün doğrudan da gündəmə gəlib və düşünürəm ki, bu məsələlərdə- həm regional məsələlərdə, həm də beynəlxalq məsələlərdə Azərbaycan öz sözünü deyəcəkdir".

Yunus Oğuz  daha  sonra qeyd  edib ki, prezident öz müsahibəsində Fransa başda olmaqla Ermənistanı silahlandıranlara  xəbərdarlıq da  edib. Çünki Ermənistanın  silahlanması növbəti dəfə təxribata hazırlaşmasının göstəricisidir.  Amma  artıq  Azərbaycan əvvəlki  Azərbaycan  deyil. Azərbaycanın hərbi cəhətdən potensialı çox güclüdür. Ermənistan  və  onu  silahlandıranlar Azərbaycanın   dövlət başçısının çağırışlarına  diqqətlə yanaşmalıdırlar.  Çünki  Azərbaycan bölgədə  yalnız sülhün  tərəfdarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники