RU

Böyük Fransanı kiçildən Makron - Dahilər ölkəsinin uğursuz yetirməsi – ŞƏRH » AzadMedia.az


 
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində ölkə və regional əhəmiyyət kəsb edən məsələlərlə yanaşı, bütövlükdə beynəlxalq əhəmiyyət kəsb edən bir çox məsələlər yer alıb.

Yenixeber.org: Müsahibədə diqqətçəkən məqamlardan biri də Ermənistanla Azərbaycan arasında sülh prosesinə mane olan beynəlxalq güclərin, o cümlədən keçmiş Minsk qrupunun həmsədri olmuş Fransa ilə bağlı səsləndirilən fikirlərdir.

Prezident bildirib ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. İşğal başa çatdıqdan sonra Fransanın Azərbaycana qarşı həmlələri, regionda möhkəmlənmək cəhdləri artdı, bu istiqamətdə hər cür qərəzli, riyakar addımlara əl atdığı göz önündədir. Ermənistanı onun istəyinə əks olaraq revanşizmə sürükləyən Emmanuel Makron hakimiyyəti hər vəchlə bölgəni müharibəyə sürükləyir.

 

Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Prezidentin də dediyi kimi, Fransanın bu hərəkətlərini uzaqdan müşahidə etmək olmaz:

“Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik”.

Rəsmi Bakı da dəfələrlə Ermənistana və onun himayədarlarının diqqətinə çatdırıb ki, buna son qoyulmalıdır. Lakin, təəssüflər ki, Azərbaycanın səsləri eşidilmir və Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.

 

Şübhəsiz ki, Fransa və digərlərinin aktivləşməsinin heç bir mənası və əhəmiyyəti yoxdur. Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, silah yarışında tab gətirməyəcək.

Dövlət başçısı tək Fransa deyil, ABŞ, Hindistan və digərlərini də hədəfə alıb. Bildirib ki, Fransa bu məsələdə liderlik etsə də, bu sırada Hindistan və ABŞ da var. ABŞ xaric, hamısı Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmir.

Prezidentin müsahibəsində buna cavabı isə bir çox ölkəyə mesaj kimi dəyərləndirilə bilər. İlham Əliyevin xüsusilə də rəsmi Bakının adekvat tədbirlər görməyə məcbur olduğunu deməsi revanşistlərə ünvanlanan sərt və aydın mesajdır:

“2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər".

 

Dövlət başçısı Ermənistana növbəti dəfə reallıqları qəbul etməyə, bir daha tələyə düşməməyə çağırış edib. Prezident əlavə edib ki, ermənilər İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdır.

"Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər", - Azərbaycan Prezidenti vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Ermənistanın nəyə qadir olduğunu çox yaxşı bilir. Odur ki, həm danışıqlar prosesi, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğu çatdırılır və çatdırmaqda da davam ediləcək.

"Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın", - Prezident bəyan edib.

Rəsmi şəkildə bəyan edildi ki, əgər Fransa Azərbaycana qarşı siyasətini yumşaltmasa, təhdidlərə son qoymasa, Bakı digər rıçaqları işə salmaq məcburiyyətində qalacaq.

 

Digər mühüm bir nəticə ondan ibarətdir ki, anti-Azərbaycan kampaniyaya, regionda sülh prosesinə maneə yaratmaq siyasətinə son qoyulmasa, bunun əks təsirləri olacaq. Ən əsası, kolonialist Fransa əvvəla keçmiş ərazilərində azadlıq hərəkatının artması ilə üzləşə bilər. Azərbaycan bu istiqamətdə tədbirlərini artıracağını elan edib və yaxın gələcəkdə bu bölgələrdə anti-Fransa hərəkatı pik həddə çata bilər.

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də buna nümunədir. Bu səbəbdən də münasibətləri korlamaq Fransanın nə siyasi, nə də iqtisadı maraqlarına cavab vermir. Anti-Azərbaycan fəaliyyətdən zərər çəkən yalnız Fransa olacaq. Ümid etmək olar ki, Fransa müxalifəti, geniş ictimaiyyət nəhayət ki Makron hakimiyyətinin avantürist siyasətinə son qoyulması tələbi ilə çıxış edəcək. Prezident Makronun uzun müddətdir ki tələb olunan impiçmentinə nail olunacaq.

Şübhəsiz ki, dövlət başçısı müsahibəsində növbəti dəfə Ermənistana mühüm mesajlar ünvanlayıb. İrəvan nəhayət anlamalıdır ki, Paris ondan alət kimi istifadə edir. Buna son qoyulmalı, regionda sülh və əmin-amanlığa yönələn siyasətə üstünlük verilməlidir.(Report)
Избранный
27
4
azadmedia.az

5Источники