RU

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi türkiyəli nümayəndə heyəti Azərbaycan Ordusunun rəhbər vəzifəli şəxsləri ilə bir sıra işgüzar görüşlər keçirib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, türkiyəli qonaqlarla görüşən Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyev qonaqları salamladıqdan sonra onlara Azərbaycan Ordusunun Quru Qoşunlarının xidməti-döyüş fəaliyyəti, həyata keçirilən islahatlar, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər və qazanılan uğurlar haqqında danışıb.

Qardaşlıq və dostluq üzərində qurulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının Ordumuzun Quru Qoşunlarının formalaşması və inkişafında çox vacib yerə malik olduğu ifadə edilib.

Səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində davam edən görüşdə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və qonaqlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlığın Hərbi Hava Qüvvələrimizin inkişafında da çox vacib yerə malik olduğu ifadə edilib və bunun hərbi aviasiyamızın arsenalının gücləndirilməsində əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrində olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüblər.

Hərbi Dəniz Qüvvələrinin əsas bazası ilə tanışlıq zamanı Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyətinə buranın fəaliyyəti barədə ətraflı məlumat verilib, Azərbaycan və Türkiyə hərbi dənizçilərinin beynəlxalq təlimlərdə qazandığı uğurlardan danışılıb.

Görüşdə, həmçinin birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti, eləcə də digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

7addf1e1f639290f4aa32198a9f0eb34

66695b568c89b42249b4202a685a7fa5

73f1f1b2954fec300cf21bc4f5f3583f

d283c7885bcd55761bec00df36e6ed1b

004a05de023561f866c841f31cfeb368

f660ad9741a1ff88533840319456065d

Избранный
5
34
poliqon.az

10Источники