HAMAS nüfuzlu məhbusların Türkiyə və Qətərə göndərilməsinə razı olub.
APA "Al-Hadath"a istinadən xəbər verir ki, HAMAS atəşkəsin birinci mərhələsində müharibənin tamamilə dayandırılmasından imtina edib.
"Al-Arabiya" isə mənbələrə istinadən bildirib ki, HAMAS girov saxladığı xəstə və yaşlıları, eyni zamanda, qadın hərbçiləri azad etməyə razı olub.
Qeyd edilib ki, mübahisəli bəzi məsələlərdə əhəmiyyətli irəliləyiş var, yaxın bir neçə saat Qəzza ilə bağlı danışıqlarda həlledici ola bilər.