2025-də bu məhsullarda kəskin QİYMƏT ARTIMI olacaq - Aprelə qədər...
2025-ci ildə maaş və pensiyaların artması ilə bağlı qərar qəbul olunub.
Bəs maaş və pensiyaların artımı fonunda ölkədə qiymət artımı da gözlənilirmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bu haqda danışıb.
“Rəsmi məlumatlara görə, Azərbaycanda noyabr ayı üzrə inflyasiya sürətlənib. Bunun səbəbi həm mövsumi, həm də yeni il bayramında tələbatın artması ilə bağlıdır. Demək olar ki, bütün bayramlarda vətəndaşların ərzaq məhsullarına tələbatının artması ilə bəzən hətta süni qiymət artımı da baş verir. Belə qiymət artımları adətən bir müddət davam edir. Lakin təəssüflər olsun ki, Azərbaycanda belə bir “ənənə” formalaşıb ki, maaş və təqaüd artımlarından öncə ərzaq məhsullarının qiymətində dalğavari bir qiymət artımı müşahidə olunur. Mənə elə gəlir ki, bu, mart-aprel ayına qədər davam edəcək. Çünki Novruz bayramında da tələbat yüksək olacaq”.
Ekspert xüsusilə qeyd edib ki, gözə çarpan qiymət artımı, əsasən, təməl ərzaq məhsullarında müşahidə olunacaq.