Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə “WhatsApp” messencerindən rəsmi məqsədlər üçün istifadə etməyi qadağan etmək qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə BBC Şotlandiya baş nazirinin müavini Keyt Forbesin bəyanatına istinadən məlumat yayıb.
“Hökumət fəaliyyəti təhlükəsiz olan və qanunla müəyyən edilmiş öhdəliklərimizə uyğun olaraq düzgün məlumat mübadiləsinə imkan verən hökumət sistemlərində aparılmalıdır”, - Baş nazir Şotlandiya parlamentində çıxışı zamanı deyib.
Forbes əlavə edib ki, “WhatsApp” və digər “qeyri-müəssisə” mesajlaşma sistemlərindən istifadə 2025-ci ilin yazından dayandırılacaq.
Onun sözlərinə görə, məmurlardan rəsmi məqsədlər üçün yalnız “Microsoft Teams” kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə etmələri tələb olunacaq. Onlara iş üçün şəxsi telefonlardan istifadə etmək də qadağan olunacaq. Bütün qeyri-korporativ ani messencerlər yenidən quraşdırmaq imkanı olmadan nazirlərin mobil cihazlarından silinəcək.
QAZİLER.AZ