Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyi ilə Fələstin Əsirlər Dərnəyinin birgə bəyanatında İsrail əsgərlərinin İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqınlarını davam etdirdiyi bildirilib.
Oxu24.com xəbər verir ki, açıqlamaya görə, İsrail ordusu dünən gecədən etibarən Ramallah, Qüds, Tulkərim, Qalkiliyya, Yerixo və Hebron şəhərlərinə reydlər keçirib və aralarında keçmiş məhbuslar və Qəzzadan olan bir qadın və uşaq da daxil olmaqla 15 nəfər saxlanılıb.
Bəyanatda basqınlar zamanı fələstinlilərin evlərinin dağıdıldığı, nəzarətə alınan şəxslər və ailələrinin döyülmə və təhdidlərə məruz qaldığı, oktyabrın 7-dən etibarən İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayının artdığı bildirilib.
7 oktyabr 2023-cü ildən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 815 fələstinli həyatını itirib.
Nigar