RU

İnsan sədaqəti və qonşuluq münasibətlərini canavardan öyrənməlidir

Allah bütün heyvan və bitkiləri insanlara nümunə olaraq yaratmışdır. Məsələn, “Quran”ın “Bal arısı” surəsində açıq-aşkar göstərilir ki, Biz bal arısını (dövlət, ordu, ailə qurmaq və onları idarə etmək üçün) insanlara nümunə yaratdıq.İlk insan ölünü dəfn etməyi qarğadan, toxuculuğu hörümçəkdən, zəhmətkeşliyi və qışa azuqə toplamağı qarışqadan öyrəndi…Canavarda da nümunə götürüləsi bir çox müsbət keyfiyyətlər vardır (hansı ki, o keyfiyyətlər cəmiyyətimizdən artıq yoxa çıxmaq üzrədir). Məsələn, dişi canavar heç vaxt eşinə xəyanət etmir (!); ölənə qədər həyatında yalnız bir erkək canavar olur. Bununla Allah insanlara namuslu, qeyrətli olmağın vacibliyini mesaj verir. (İbrət alan varmı?)İnsanın canavardan öyrənməsi vacib olan digər vacib xüsusiyyət qonşuluq münasibətləridir (qonşuya zərər verməmək, onun malına-mülkünə tamah salmamaq, qarət etməmək). Belə ki, canavarlar yaşadıqları ərazinin (kəndin, mahalın, obanın) heyvanlarına nəinki toxunmurlar, hətta, onları başqa yırtıcılardan qorumağa çalışırlar. Canavarlar ov etmək üçün kilometrlərlə yol qət edərək, digər mahala gedib, oradakı qoynları yeyirlər. Onların bu xüsusiyyətini bilən təcrübəli çobanlar fermalarının ətrafında canavar yuvası olanda sevinirlər ki, bura yırtıcı heyan hücum edə bilməyəcək. Kaş ki, indiki insanlar qonşuluq münasibətlərində canavar qədər etibarlı, sədaqətli olaydılar. Təəssüf ki, belə deyildir. İndi qonşuların böyük əksəriyyəti öz qonşusunu busmaqla, dövlət orqanlarına qonşudan gündəlik danons verməklə məşğuldurlar. Rayon və kənd yerlərində insanların böyük əksəriyyəti öz qonşusunun yolunu daraltmaqla, onlara əziyyət verirlər. Beləliklə, onlar ömürlük lənət qazanırar ki, bu da o biri dünyada cəhənnəm əzabına səbəb olur. Məncə ölmüş valideyninə yaxşılıq (ehsan) etmək istəyən hər bir övlad ilk növbədə qonşusundan halallıq almalıdır. Yəni, atası qonşusunun hasarın dəyişibsə, yolunu daraldıbsa, yaxud, başqa bir əziyyət veribsə, o ziyanı aradan qaldırıb, qonşudan atası üçün halallıq istəməlidir (qalan bütün ehsanlar bundan sonra gəlir. Bunu etsə ehsanlar qəbul olacaq). Çünki, o biri dünyada insandan ilk növbədə qonşuluq haqqı soruşulur. Odur ki, ailəyə sədaqətdə və qonşuluq münasibətlərində canavara bənzəməyə çalışın.“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, 3:104.Paşa Yaqub .Həkim, elmi-lədun bilicisi

Избранный
9
1
gender.az

2Источники