RU

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası bu şəxsə həvalə edildi

Birinci dərəcəli kapitan Şahin Məmmədov Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini müvəqqəti icra edir.


Məlumatı Report-a Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr xidmətindən təsdiq ediblər.


Qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb.

Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

Избранный
3
12
qaynarinfo.az

10Источники