RU

"UniCredit" "Commerzbank"dakı payını 28%-ə çatdırdı

İtalyan bankı "UniCredit" elan eüdib ki, "Commerzbank" səhmləri ilə əlaqəli maliyyə alətləri əldə edərək, alman bankındakı payını 28%-ə çatdırıb: 9,5%-i birbaşa səhm sahibliyi, 18,5%-i isə törəmə alətlər vasitəsilə.

Valyuta.az xəbər verir ki, sentyabrın əvvəlində "UniCredit" "Commerzbank"ın 9% payını əldə edərək, Almaniya hökumətindən sonra alman bankının ikinci ən böyük səhmdarı olub. Və elə həmin ayın sonunda İtaliya bankı payının 9%-dən 21%-ə yüksəldiyini açıqlayıb.

Əvvəllər "UniCredit" potensial payını 29,9%-ə qədər artırmaq üçün ərizə təqdim etmişdi ki, bu da İtaliya bankının "Commerzbank"ı mənimsəmək niyyəti haqqında danışmağa əsas verib. Bugünkü açıqlamada qeyd olunur ki, tənzimləyicilər bu müraciəti nəzərdən keçirir və bank səlahiyyətlilərlə danışıqlar aparır. 

Eyni zamanda, "UniCredit" qeyd edib ki, "Commerzbank"ın payının artırılması ələ keçirmə cəhdi deyil, Almaniyaya, onun bizneslərinə və icmalarına inamı əks etdirən müntəzəm investisiyadır.

Paşa Məmmədli

Избранный
16
valyuta.az

1Источники