RU

İlham Əliyev: "Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac yoxdur"

Çərşənbə axşamı günü Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac yoxdur.

O bu barədə Rusiya mediasında bu gün yayılan müsahibəsində bildirib.

"Bir sözlə, buna ehtiyac yoxdur. Cavabımı genişləndirsəm, nəzərə alsaq ki, bu cür xəbərlər müəyyən mediada vaxtaşırı çıxır, o zaman deməliyəm ki, buna ehtiyac yoxdur", - İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının 30 illik tarixi var, Türkiyənin hərbi qurumları "Azərbaycan ordusunun müasirləşdirilməsində və onun yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar".

Cənab Əliyev deyib ki, 2021-ci ildə Azərbaycan və Türkiyə arasında müttəfiqlik barədə imzalanmış Şuşa Bəyannaməsinə əsasən, iki ölkə xarici təcavüz halında bir-birinə hərbi yardım göstərməlidir və bu, qüvvələrin daimi yerləşdirilməsini lazımsız edir.

Prezident müsahibəsində Rusiyanı Qarabağa sərmayə yatırmağa çağırıb.

Prezident deyib ki, Qarabağa ilk investisiya layihəsi Rusiyanın tərkibindəki Tatarıstan tərəfindən edilib.

İlham Əliyev bildirib ki, "Bu, ilk investisiya, daha dəqiq desək, xarici investisiyalar üzrə birinci layihənin, həmçinin Rusiyaya məxsus olmasıdır. Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq".

Videoya YouTube kanalımızda baxın.

Избранный
16
bbc.com

1Источники