RU

Amorim: “Reşfordun növbəti səviyyəyə çatmasına kömək etmək istəyirəm”

Markus Reşfordun “Mançester Yunayted”dən ayrılmaq istəməsiylə bağlı məlumatlar son günlərdə daha da artıb.

Futbolpress.az xəbər verir ki, xarici mətbuatda dolanan bu məlumatlara aydınlıq gətirmək üçün “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim münasibətini bildirib:

“Yunayted”ə böyük istedad lazımdır və Reşford, böyük istedaddır. Ona görə də o, sadəcə, yüksək səviyyədə oynamalıdır. Bu mənim məqsədimdir. Mən sadəcə Markusa kömək etmək istəyirəm və düşünürəm ki, onunla daha yaxşı vəziyyətdəyik. Markusu keçmişdə göstərdiyi ən yaxşı səviyyəyə çatdırmaq üçün müxtəlif şeylərə çalışacağıq”.

Qeyd edək ki, 27 yaşlı igiltərəli futbolçunun Mançester təmsilçisiylə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Избранный
18
futbolpress.az

1Источники