Yeni il özü ilə bərabər qayğılar da gətirir. Əsas qayğı da bahalıqla bağlıdır. Hər il bayram öncəsi əsasən qida məhsullarının satış qiymətində artım müşahidə olunur.
Artıq bəzi insanlar indidən bayram hazırlığına başlayırlar. Hazırlıqlar ərəfəsində ərzaq məhsullarına olan tələbat bir qədər artır.
Maraqlıdır, bir ailənin Yeni il bayramını qeyd etməsi üçün nə qədər vəsait tələb olunur?
Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu xərc ailəyə və büdcəyə görə dəyişir.
Natiq Cəfərli
Onun fikrincə, bayram süfrəsi anlayışı bir az fərqlidir:
“Ailələr var ki, bayram süfrəsi üçün imkanlarına uyğun 1000-2000 manat da xərcləyə bilərlər. Ailələr də var ki, buna imkanları çatmır. Ona görə ortalama hesabla götürsək, 4 nəfərlik bir ailənin Yeni il bayramı üçün minimum 500-600 manat vəsait lazımdır. Bura yalnız 31 dekabr deyil, digər bayram günlərinin xərci də daxildir. Çünki bir həftəyə yaxın istirahət günləri olacaq, qonaq gələcək, qonaq gedəcəklər və s. Bu baxımdan heç olmasa minimum səviyyədə bayramları keçirmək üçün ən azı 500-600 manat tələb olunur ki, bu da bir çox ailələr üçün böyük məbləğ sayılır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта