RU

Prezident İlham Əliyevin müsahibəsi: güclü və müstəqil ölkənin qətiyyət manifesti

"Dünyada gördüyümüz tendensiyalar, o cümlədən, Trampın Prezidentseçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necədeyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə,bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirəbiləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onuParis Olimpiadasının açılışında gördük. Bu halların qarşısıalınmalıdır. Bunu liderlərə inanan cəmiyyət edəcək, bunu bizedəcəyik. Mütləq. Yoxsa biz azlıqda qalacağıq. Biz isə azlıqda qalabilmərik".

Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziyavə Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Başdirektoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli”proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsindəbelə dedi.

Dövlət başçımız Azərbaycanın xarici siyasət prioritetləri,Rusiya və Türkiyə ilə müttəfiqlik münasibətləri və beynəlxalqtəhlükəsizlik mühiti ilə bağlı mühüm fikirləri özündə əks etdirdi.Prezident Azərbaycanın strateji əhəmiyyətini, müstəqil siyasətyürütmə qabiliyyətini və regionda sabitlik yaratmaqda oynadığı roluvurğuladı. Bu müsahibə həm Azərbaycanın daxili və xaricisiyasətindəki balanslaşdırılmış yanaşmanı, həm də beynəlxalqarenada fəallığını nümayiş etdirir.

Azərbaycan-Rusiya münasibətlərinin tarixi dərin köklərəəsaslanır və bu əlaqələrin son illərdə daha da möhkəmləndirilməsiistiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyev 2022-ciilin fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyətihaqqında Bəyannaməni bu münasibətlərin zirvəsi kimi dəyərləndirdi.Bu sənəd Azərbaycan ilə Rusiya arasında 30 ildən artıq davam edənəməkdaşlığın təbii nəticəsi olaraq, iki ölkə arasındakı stratejitərəfdaşlığı ən yüksək səviyyəyə çatdırıb. Prezident bu Bəyannamənitarixi hadisə kimi xarakterizə edərək, onun həm regionda, həm dəbeynəlxalq arenada sabitlik və qarşılıqlı etimada xidmət etdiyinivurğuladı.

NATO ilə Rusiya arasında artan gərginlik fonunda Prezident İlhamƏliyev Azərbaycanın mövqeyini qəti şəkildə ifadə etdi. O, belə birqarşıdurmanın bütün dünya üçün fəlakətli nəticələrə səbəb olabiləcəyini vurğulayaraq, bu kimi ssenarilərin qarşısınınalınmasının vacibliyini bildirdi. Prezident Əliyev Azərbaycanın bucür mürəkkəb geosiyasi şəraitdə neytral mövqe tutaraq, həm NATOüzvü Türkiyənin, həm də Rusiyanın etibarlı müttəfiqi olaraqfəaliyyət göstərdiyini qeyd etdi. O, Azərbaycanın müstəqil xaricisiyasət yürütmə qabiliyyətinin regionda sabitliyin təminolunmasında mühüm rol oynadığını vurğuladı.

Azərbaycan-Türkiyə münasibətləri də Azərbaycanın xaricisiyasətində mühüm yer tutur. Prezident İlham Əliyev iki ölkəarasında 1992-ci ildən başlayan hərbi əməkdaşlığı yüksəkqiymətləndirərək, Türkiyənin Azərbaycan Ordusununmüasirləşdirilməsi və döyüş qabiliyyətinin artırılmasında mühümtöhfələr verdiyini qeyd etdi. O, Türkiyə ilə Azərbaycan arasındaimzalanmış Müttəfiqlik haqqında Bəyannamənin təhlükə zamanıqarşılıqlı hərbi yardımı nəzərdə tutduğunu vurğuladı vəAzərbaycanın ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsinəehtiyac olmadığını bildirdi. Hər il keçirilən birgə hərbitəlimlərin Qafqaz regionunda sabitliyin qorunmasında mühüm roloynadığı da xüsusi olaraq qeyd olundu.

Prezident İlham Əliyev dünya nizamının dəyişməsi və İkinci Dünyamüharibəsi sonrası formalaşmış qaydaların artıq keçərli olmadığınıbildirdi. O, bugünkü dünyanın siyasi istəklərdə güc amilinin önplana çıxdığını və bu reallığı tez dərk edən ölkələrin özlərinidaha təhlükəsiz hiss etdiklərini vurğuladı. Azərbaycanın müasirdünya reallıqlarına uyğun olaraq hərəkət etdiyini və özsuverenliyini qorumaq üçün hər cür tədbir gördüyünü bildirdi.

Rusiya ilə silah təchizatı məsələsinə toxunan Prezident İlhamƏliyev son illərdə Rusiya ilə yeni müqavilələrin imzalanmadığını,lakin Azərbaycanın Rusiya müdafiə sənayesindəki yenilikləridiqqətlə izlədiyini qeyd etdi. O, gələcəkdə bu sahədə əməkdaşlığındavam etdiriləcəyini və Azərbaycanın öz müdafiə qabiliyyətinigücləndirmək istiqamətində fəaliyyətlərini davam etdirəcəyinivurğuladı.

Prezident İlham Əliyev Ermənistanın Qərblə hərbi-siyasiyaxınlaşması, Qarabağın reinteqrasiyası və bölgənin bərpası iləbağlı mühüm açıqlamalar verərək, Azərbaycanın regionaltəhlükəsizlikdə oynadığı strateji rolu bir daha nümayiş etdirdi.Prezidentin fikirləri Ermənistanın Qərblə əlaqələrinin inkişafı vəbu siyasətin regiondakı sabitliyə təsiri fonunda Azərbaycanınqətiyyətli mövqeyini əks etdirir. O, Nikol Paşinyanın KTMT-dənuzaqlaşıb Fransa və digər Qərb ölkələri ilə əlaqələri gücləndirməkcəhdlərini birbaşa təhlükə kimi xarakterizə edərək, Azərbaycanın buproseslərə qarşı uyğun addımlar atacağını bəyan etdi.

Azərbaycan Prezidenti Fransanın Ermənistana hücum xarakterlisilahlar təchiz etməsini xüsusi olaraq vurğuladı. O qeyd etdi ki,Fransa tərəfindən Ermənistana çatdırılan silahlar Azərbaycanınsərhəd boyu yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükəyaradır. Bu təhlükənin miqyasını daha da genişləndirən amilErmənistanın silahlanma prosesində Hindistan və ABŞ-nin da mühümrol oynamasıdır. ABŞ öz fəaliyyətlərini etiraf etməsə də,Azərbaycan Ermənistan hava limanlarına enən və oraya hərbi yüklərdaşıyan təyyarələri izlədiyini bildirdi. Prezident İlham Əliyev buvəziyyəti Ermənistanın regional sabitliyi pozmaq cəhdləri kimiqiymətləndirərək, Azərbaycanın bu prosesləri diqqətlə izlədiyini vəöz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atdığınıvurğuladı.

Ermənistanın sürətli silahlanması fonunda Azərbaycan öz müdafiəgücünü artırmaq üçün ciddi addımlar atır. Prezident ƏliyevAzərbaycanın hərbi büdcəsinin 2025-ci il üçün rekord səviyyədə,yəni 5 milyard dollar təşkil edəcəyini bildirdi. Bu büdcənin ən azı60 faizi təhlükəsizlik tədbirlərinə xərclənəcək. Prezidentinsözlərinə görə, Ermənistanın məhdud iqtisadi imkanları uzunmüddətliperspektivdə bu silahlanma yarışına davam gətirə bilməyəcək.Bununla yanaşı, Prezident Ermənistanın silahlanma ilə bağlıtəxribatçı mövqeyinin Azərbaycan tərəfindən ciddi müşahidə altındasaxlanıldığını vurğuladı.

Sülh sazişi ilə bağlı Prezident İlham Əliyev qeyd etdi ki,Azərbaycan və Ermənistan arasında aparılan müzakirələrdə böyükirəliləyiş əldə olunub, lakin bəzi məsələlər hələ dərazılaşdırılmamış qalır. Bunlar arasında beynəlxalq iddialardançəkinmə maddəsi, sərhəddə NATO infrastrukturunun qarşısınınalınması, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-inMinsk Qrupunun ləğvi məsələləri xüsusilə diqqət mərkəzindədir.Prezident İlham Əliyev Azərbaycanın işğal dövründə vurulmuşzərərləri 150 milyard dollardan çox olaraq qiymətləndirdiyini vəqarşılıqlı iddiaların kənara qoyulmasının hər iki tərəf üçün məqbulbir həll yolu olduğunu bildirdi. Ermənistan KonstitusiyasındanAzərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalarınçıxarılması isə sülhün əsas şərtlərindən biri kimi göstərilir.ATƏT-in Minsk Qrupunun formal olaraq mövcudluğunu qoruması, lakinfunksional fəaliyyətsizliyi də diqqətə çatdırıldı. Prezident buməsələlərin həllinin sülh sazişinin imzalanması üçün əsas maneələriaradan qaldıracağını vurğuladı.

Prezident İlham Əliyevin Qarabağın reinteqrasiyası və bərpasıilə bağlı açıqlamaları da xüsusi diqqət çəkir. O, Qarabağda erməniəhalisinin sayının əhəmiyyətli dərəcədə azaldığını, hazırda bölgədəcəmi 20 nəfər erməni mənşəli şəxsin yaşadığını bildirdi. Azərbaycan2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatındanəvvəl Qarabağ ermənilərinin reinteqrasiyası üçün geniş planhazırlamış və bu planı ictimaiyyətə təqdim etmişdi. Bu plançərçivəsində təhsil, sosial təminat, iş icazəsi və mədəni mühitinqorunması kimi sahələrdə konkret addımlar nəzərdə tutulmuşdu. Lakinerməni tərəfi bu təkliflərə maraq göstərməyərək bölgəni tərketmişdir.

Prezident İlham Əliyev, həmçinin, Ermənistandan deportasiyaedilmiş azərbaycanlıların tarixi torpaqlarına qayıdışını da gündəməgətirdi. O qeyd etdi ki, 1980-ci illərin sonları və 1990-cı illərinəvvəllərində Ermənistandan deportasiya olunmuş təxminən 300 minazərbaycanlının öz yurdlarına qayıtması məsələsi müzakirəolunmalıdır. Prezident bu prosesin sülh və ictimai konsensus üçünvacib olduğunu vurğuladı. Ermənistan rəhbərliyi bu məsələyə dairhələ də cavab verməsə də, Azərbaycan bu məsələdə prinsipialmövqeyini qorumağa davam edir.

Qarabağın bərpasında Rusiyanın rolu da Prezident İlham Əliyevinçıxışında xüsusi yer tutdu. O, Həştərxan vilayətinin təşəbbüsü iləQubadlı rayonunda uşaq bağçasının tikintisinə başlanıldığını, eləcədə bəzi Rusiya şirkətlərinin bölgədəki infrastruktur layihələrindəiştirak etdiyini qeyd etdi. Prezident Rusiyadan daha genişinvestisiya və layihələrdə iştirak gözlədiyini vurğuladı.Tatarıstanın Qarabağdakı ilk xarici investisiya layihəsini həyatakeçirməsini də xüsusi olaraq qeyd edən Prezident Cəbrayıl rayonundaaçılmış "KamAZ" xidmət mərkəzini bu əməkdaşlığın uğurlu nümunəsikimi göstərdi.

Prezident İlham Əliyevin açıqlamaları, Azərbaycanın regionaltəhlükəsizlik və inkişaf istiqamətində mövqeyinin qətiyyətliliyinibir daha təsdiqləyir. Ermənistanın Qərblə yaxınlaşması vəsilahlanma siyasəti fonunda Azərbaycan öz müdafiə qabiliyyətiniartırmaqla yanaşı, sülh sazişi üzrə danışıqları davam etdirir vəQarabağın bərpasında həm yerli, həm də xarici tərəfdaşlarla fəaləməkdaşlıq edir. Azərbaycanın strateji siyasəti ölkənin həmregional sabitliyin təmin olunmasında, həm də beynəlxalq arenadagüclənməsində mühüm rol oynayır. Bu yanaşma Azərbaycanın millimaraqlarını qorumaqla yanaşı, regionun gələcək inkişafı üçün dəəsaslı zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin COP29 İqlim Sammiti vəenerji siyasəti ilə bağlı açıqlamaları Azərbaycanın stratejimövqeyini, qlobal enerji keçidinə töhfələrini və beynəlxalq iqlimtəşəbbüslərində fəal iştirakını nümayiş etdirir. Prezident İlhamƏliyev Azərbaycanın enerji resurslarının zənginliyini, mövcudinfrastruktur potensialını və yenilikçi yanaşmalarını vurğulayaraq,ölkənin enerji siyasətindəki əsas prioritetləri və məqsədləribarədə geniş məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycanın mövcud enerji ehtiyatları vəperspektivlərini dəyərləndirərək, yaxın gələcəkdə atom elektrikstansiyasına ehtiyac olmadığını bildirdi. Bununla yanaşı, elmiməqsədlər üçün kiçik nüvə reaktorlarının tətbiqinin və yeni enerjitexnologiyalarının araşdırılmasının vacibliyini vurğuladı. Belə ki,Azərbaycan təsdiqlənmiş 2,6 trilyon kubmetr təbii qaz ehtiyatlarınamalikdir və hər il 25 milyard kubmetr qaz ixrac edir. Bugöstəricilər əlavə enerji mənbələrinə ehtiyac hissini minimumaendirir. Prezident Qarabağ və Şərqi Zəngəzurda artıq kiçik suelektrik stansiyalarının yaradıldığını və külək-günəş enerjisisahəsində 6 min meqavatlıq layihələrin həyata keçirildiyini qeydetdi. Xəzər dənizinin külək enerjisi potensialının 157 min meqavattəşkil etməsi Azərbaycanın bərpa olunan enerji sahəsində qloballiderlərdən biri olmaq potensialını göstərir. Dövlət başçımız atomenerjisinin iqtisadiyyat və texnologiyalar üçün yeni imkanlaryaratdığını qeyd edərək, bu sahəyə xarici investisiyaların cəlbolunmasının mümkünlüyünü də dilə gətirdi.

2023-cü ilin dekabrında Azərbaycanda keçirilən COP29 İqlimSammiti ölkənin beynəlxalq nüfuzunu artıran mühüm hadisə oldu.Prezident İlham Əliyev sammitin təşkilati çətinliklərini və əldəolunan nailiyyətləri təhlil edərək, Azərbaycanın qlobal iqlimgündəmində oynadığı rolu xüsusi olaraq vurğuladı.

Azərbaycan cəmi 11 ay ərzində sammit üçün genişmiqyaslı hazırlıqişləri apardı. Qonaqların yerləşdirilməsi, otel və logistikaproblemlərinin həlli kimi məsələlərə baxmayaraq, tədbir uğurlahəyata keçirildi. Prezident, təşkilatçılıqla bağlı şikayətlərinminimal olduğunu və problemlərin operativ şəkildə həll edildiyinivurğuladı.

Prezident bəzi Qərb media orqanlarının, xüsusilə "WashingtonPost", "New York Times", "Le Monde" və "Figaro" qəzetlərininAzərbaycana qarşı əsassız tənqidlərini və ölkəni "petrostate" kimitəqdim etmələrini pislədi. Bu yanaşmanı qeyri-obyektiv və qərəzliadlandıran Prezident, Azərbaycanın müasir enerji siyasətinin bu cürtənqidlərlə əlaqəsiz olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın təmiz enerji ixracı iləbağlı strateji planlarını təqdim edərək, Qara dəniz vasitəsiləAvropaya enerji ixracının yaxın gələcəkdə həyata keçirilməsininnəzərdə tutulduğunu qeyd etdi. Texniki-iqtisadi əsaslandırmaişlərinin tamamlanması ilə ilkin mərhələdə 4 min meqavat təmizenerji ixracı mümkün olacaq. Bu layihə Azərbaycanın Avropa üçünetibarlı enerji mənbəyi kimi mövqeyini gücləndirəcək.

Prezident İlham Əliyev Fransa hökumətinin və Avropa İttifaqınınAzərbaycana qarşı nümayiş etdirdiyi qərəzli siyasəti tənqid edərək,Emmanuel Makron hökumətinin Azərbaycana münasibətdə "neokolonial"yanaşmasını sərt şəkildə pislədi. Prezident Fransa ilə əlaqələrinəvvəllər müsbət olduğunu, lakin Makron hakimiyyətə gəldikdən sonrabu münasibətlərin ciddi şəkildə pisləşdiyini vurğuladı.

Prezident Fransa hökumətinin Azərbaycana qarşı apardığı qərəzlikampaniyanı neokolonial siyasətin təzahürü kimi qiymətləndirdi. Oqeyd etdi ki, Fransa öz keçmiş koloniyalarında amansız resursistismarı həyata keçirmiş və bu yanaşmanı beynəlxalq arenayadaşımağa çalışır: "Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahimütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belədeyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuzdövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahelregionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso,Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir.Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi.Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas,Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr başverir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və yaarvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziritəyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonraonları “günah keçisi” edirlər. Naftalindən çıxarılmış Barnye təyinolunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar.Olmazmı ki, elə özündən başlasın?"

Prezident İlham Əliyev Azərbaycanın bu cür təzyiqlərə boyunəymədiyini və öz müstəqil siyasətini davam etdirdiyini vurğuladı.Fransa və Avropa İttifaqının qərəzli yanaşmalarına baxmayaraq,Azərbaycan həm regionda, həm də qlobal səviyyədə sabitliyə vəinkişafa töhfə verməyə davam edir.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasındamünasibətlərin tarixən olduqca müsbət olduğunu vurğuladı. O qeydetdi ki, Azərbaycan uzun müddət Fransa ilə ən sıx əməkdaşlıq edənAvropa ölkələrindən biri idi. 1993-cü ildə Prezident HeydərƏliyevin və daha sonra Prezident İlham Əliyevin Fransa ilə yüksəksəviyyəli görüşləri nəticəsində bu münasibətlər daha da inkişafetmişdi. Lakin Emmanuel Makronun hakimiyyətə gəlməsi ilə bumünasibətlərdə gərginlik müşahidə olundu.

Makron hökumətinin İkinci Qarabağ müharibəsi zamanı Ermənistanıaçıq şəkildə dəstəkləməsi və Azərbaycana qarşı qərəzli mövqetutması münasibətlərin ciddi şəkildə pozulmasına səbəb oldu.Prezident Əliyev Makronun siyasətini bir neçə aspektdə tənqidetdi:

Fransa hökumətinin Qarabağ məsələsini beş dəfə TəhlükəsizlikŞurasının gündəminə gətirmək cəhdləri hər dəfə uğursuzluqlanəticələndi. Bu, Fransanın Azərbaycan əleyhinə beynəlxalq dəstəkqazana bilmədiyini göstərir. Fransa Azərbaycana qarşı sanksiyalartətbiq etməyə çalışsa da, bu təşəbbüslər də nəticəsiz qaldı.Prezident İlham Əliyev bu cəhdləri Azərbaycanın öz suverenliyinibərpa etməsinə qarşı olan qərəzli addımlar kimi qiymətləndirdi.

Prezident İlham Əliyev Azərbaycanın Fransanın təzyiqlərinəbalanslı və prinsipial yanaşma ilə cavab verdiyini qeyd etdi.Azərbaycan beynəlxalq ictimaiyyətdə Fransanın keçmiş koloniyalarınaqarşı həyata keçirdiyi siyasətin həqiqətlərini dünya ictimaiyyətinəçatdırmağa çalışır. Bundan əlavə, Azərbaycan keçmiş Fransakoloniyalarının xalqlarına dəstək nümayiş etdirərək, onlarınhüquqlarını müdafiə edir.

Azərbaycan lideri Gürcüstanda baş verən siyasi prosesləri dəşərh edərək, bu ölkənin Azərbaycan üçün strateji əhəmiyyətinivurğuladı. O qeyd etdi ki, Azərbaycan və Gürcüstan xalqlarıəsrlərdir sülh şəraitində birgə yaşayır və iki ölkə arasındadostluq əlaqələri yüksək səviyyədədir.

Prezident Gürcüstanda sabitliyin pozulması və ya xaricitəsirlərin güclənməsinin Azərbaycan üçün də mənfi nəticələr doğurabiləcəyini qeyd etdi. O, Gürcüstanda xarici təsirlərin, xüsusən dəQərbdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətinindiqqətlə izlənməsinin vacibliyini vurğuladı. Prezident İlham ƏliyevAzərbaycanın Gürcüstanda sabitliyin qorunması üçün bütün lazımiaddımları atmağa hazır olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın regionalsabitlikdə oynadığı rolu, Qərbin təsirlərinə qarşı Azərbaycanınyanaşmasını və Rusiya ilə əlaqələrin strateji əhəmiyyətini ətraflışəkildə şərh edərək, ölkəsinin balanslı və milli maraqlaraəsaslanan xarici siyasət kursunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyev Gürcüstanın sabitliyini Azərbaycanınmilli maraqları və regional inkişaf baxımından strateji əhəmiyyətliamil kimi dəyərləndirdi. O, Azərbaycan və Gürcüstan xalqlarınınəsrlər boyu sülh və dostluq şəraitində birgə yaşadığını, buəlaqələrin regional əməkdaşlıq və inteqrasiya üçün əsas olduğunuvurğuladı. Gürcüstanın sabitliyinin yalnız bu ölkə üçün deyil,bütün Cənubi Qafqaz üçün həlledici rol oynadığı qeyd edildi.

Gürcüstan Azərbaycan üçün yalnız qonşu deyil, eyni zamandastrateji tərəfdaşdır. İqtisadi, enerji və nəqliyyat layihələrininuğurla həyata keçirilməsi üçün Gürcüstanın sabitliyi xüsusiəhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri,Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu sabitliyin təminedilməsinin nəticəsidir.

Prezident İlham Əliyev Gürcüstanda siyasi sabitliyin pozulmasıtəhlükəsini yalnız yerli problem kimi deyil, bütün regionuntəhlükəsizliyini təhdid edən faktor kimi dəyərləndirdi. Azərbaycan,Gürcüstandakı sabitliyin qorunması üçün dəstəyini davametdirir.

Prezident İlham Əliyev Gürcüstanda Qərbdən maliyyələşən minlərləqeyri-hökumət təşkilatının (QHT) fəaliyyət göstərməsini xaricitəsir vasitəsi kimi qiymətləndirərək, bu təsirlərin ölkə daxilindəasılılıq və qarışıqlıq mühiti yaratdığını vurğuladı. O,Azərbaycanın bu cür xarici təsirlərə qarşı qətiyyətli addımlaratdığını xatırladaraq, bəzi önəmli prinsipləri qeyd etdi:

Azərbaycanda hər hansı xarici qrant yalnız dövlət orqanlarınıntəsdiqi ilə qəbul edilir. Bu, xarici təsirlərin ölkənin daxiliişlərinə müdaxiləsinin qarşısını almaq üçün nəzərdə tutulmuşmexanizmdir.

O, Emmanuel Makronun xarici siyasətini sərt tənqid edərək, onunQafqaz regionuna "neokolonial" yanaşmasını qeyd etdi. O, MakronunGürcüstan vasitəsilə təsir dairəsini genişləndirmək cəhdlərininuğursuzluğa məhkum olduğunu bildirdi.

Prezident, Makron hökumətinin yalnız Afrikada deyil, həmçininQafqazda və digər regionlarda nüfuzunu itirdiyini vurğuladı.Gürcüstanda sabitliyi pozmaq cəhdləri də bu uğursuz siyasətintərkib hissəsidir.

Prezident Əliyev qeyd etdi ki, Makron hökuməti Gürcüstanməsələsində təsir göstərə bilməyəcək və Qafqaz ölkələri öz millidəyərlərinə əsaslanaraq inkişaf etməyə davam edəcək.

"Onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltıresursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qarayaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görədə mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyənvaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər,qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyədoğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqlarıgörünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əluzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyinşahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə,Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O,Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindəntutaraq ağrıtmaq üçün", - İlham Əliyev dedi.

Prezident İlham Əliyev Qafqazda baş verən geosiyasi proseslərivə Gürcüstanın bu proseslərdəki strateji rolunu xüsusi olaraqvurğuladı. O qeyd etdi ki, Ermənistanın Qərbə yaxınlaşması vəKTMT-dən faktiki olaraq uzaqlaşması regionda yeni gərginlikləryaradır. Bu, xüsusilə Cənubi Qafqazda geosiyasi balansındəyişməsinə təsir göstərir.

Azərbaycan lideri daha sonra Ermənistanın Qərblə hərbi-siyasiəlaqələri gücləndirməsi və KTMT-dən de-fakto uzaqlaşması regionalsabitliyə təhlükə yaratmasınlan bəhs etdi. O, qeyd etdi ki,Ermənistanın bu addımları Dövlət Departamentinin təlimatlarınıgözləməklə həyata keçirdiyini göstərir.

Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət üzrəartıq sabiş nümayəndəsi Josep Borrelin çıxışlarını tənqid edərək,onun Avropanı "çiçəklənən bağ", digər ölkələri isə "cəngəllik"adlandırmasını pislədi. Prezident bu yanaşmanı neokolonialdüşüncənin təzahürü kimi qiymətləndirərək, onun keçmiş İspandiktatoru Frankonun xarici siyasətinə bənzədiyini qeyd etdi:"Borrel haqqında danışdıq, mən ona məhəl qoymadım. Bunun ardıncaona hələ bir-iki siqnal göndərmək istəyirəm. Hərçənd mən COP-daçıxışlarımın birində bu barədə danışmışam, hətta Borreldən sitatgətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isəcəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər bizcəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə,düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktatorFrankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqazamanda yaşamaqla bəxti gətirməyib".

Избранный
13
3
az.trend.az

4Источники