RU

"Zaman Broker" işçi axtarır - MAAŞ 2500-3000 MANAT - VAKANSİYA

Zaman Broker

Baş Mühasib

Son tarix 18 yan 2025 - [email protected]

Vəzifə Öhdəlikləri

  • Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
  • Bank hesablarına nəzarət və ödənişlərin həyata keçirilməsi;
  • Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək və araşdırmaq;
  • Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
  • Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
  • ƏƏSMN, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə (e-gov.az) daxil edilməsi;
  • Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
  • Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması;
  • Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
  • Mərkəzi Banka hesabatların təqdim edilməsi;
  • Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
  • Müəssisənin fəaliyyətinə nəzarət edən dövlət orqanına broker hesabatlarının təqdim edilməsi
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması.

Tələblər:

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Maliyyə / Mühasibat uçotu sahəsində ali təhsil;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
  • IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
  • PMS sertifikatı MÜTLƏQDİR
  • Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı;
  • ERP və digər İT platformalarda işləmə bacarığı;
  • Azərbaycan və rus dili bilikləri, ingilis dili (arzuolunandır);
  • İdarəetmə, analitik təhlil qabiliyyətləri;
  • İşi düzgün planlamaq bacarığı.

Əmək Haqqı2500-3000 AZN

Bonus13-cü əmək haqqı illik performansa görə

Избранный
31
fed.az

1Источники