Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbana qarşı kobud davranmağa başladığını bildirib.
AZXEBER.COM xəbər verir ki, o bu haqda \"Rossiya 1” telekanalında danışıb.
\"Biz görürük ki, Zelenski Orbana qarşı kobud davranmağa başlayıb”, – Peskov deyib.
Onun sözlərinə görə, Zelenski Macarıstanın Baş nazirinin sülh təşəbbüslərini rədd edir.