RU

Türkiyə Prezidenti fransalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Qeyd olunub ki, iki lider arasındakı telefon danışığının əsas gündəmi Suriya olub.

 

Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

 

Telefon danışığı zamanı, həmçinin Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

 

Избранный
20
2
senzor.az

10Источники