Çin Elmlər Akademiyası (CAS) MD seriyalı hipersəs pilotsuz uçuş aparatının nümayiş etdirib.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Videoda xüsusilə bu təyyarələrdən birinin yüksəklikdəki hava şarından havaya qalxması əks olunub. Akademiya onun 7 M sürətə çatdığını və bundan sonra uğurlu eniş etdiyini bildirib.
Xatırladaq ki, yeni MD-22 təyyarəsi keçən il Zhuhai aviasalonunda təqdim edilmişdi.
Qeyd edək ki, yeni videoda MD-19 modelini görmək olar.
Açıq mənbələrdən alınan məlumatlara görə, MD-22-nin uzunluğu 10,8 m, eni isə 4,5 m-dir, 7 M-ə qədər sürətlə 8 min km-ə qədər uçuş məsafəsinə malikdir.