RU

ABŞ Senatı 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

ABŞ Konqresinin Senatı 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) 895 milyard dollar həcmində ölkənin müdafiə büdcəsinin razılaşdırılmış layihəsini təsdiqləyib.

“Far.Az” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat verib.

Qeyd olunub ki, layihənin “lehinə” 85 senator, “əleyhinə” isə 14 senator səs verib. Onun təsdiqlənməsi üçün azı 60 səs tələb olunurdu.

Ötən həftə büdcə Nümayəndələr Palatasında da 281 səsə qarşı 140 səslə qəbul edilib. Beləliklə, Konqres indi onu təsdiqləyib və o, ABŞ Prezidenti Cozef Baydenin imzasına göndərilib.

Nəşrin məlumatına görə, büdcə ABŞ hərbçilərinin Hind-Sakit okean regionunda mövcudluğunun gücləndirilməsinə, yeni quru texnikası və təyyarələrin istehsalına, gəmilərin inşasına, həmçinin ABŞ Silahlı Qüvvələrinin bütün xidmətçiləri üçün maaşların artırılmasına vəsait ayrılmasını nəzərdə tutur.

Избранный
36
1
far.az

2Источники