RU

Zelenski və Makron Ukraynada xarici qoşunların yerləşdirilməsini müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Ukraynada xarici qoşunların yerləşdirilməsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri teleqramda bildirib.

“Fransa Prezidenti Emmanuel Makronla məhsuldar görüş keçirdim. Rusiya təcavüzündən müdafiədə Ukraynanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün əsas prioritetləri təkbətək müzakirə etdik”, – o yazıb. Dövlət başçısı əsas vəzifənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi olduğunu qeyd edib.

“Fransanın ordumuz üçün bir briqadanı hazırlamasına görə təşəkkür etdim, bu əməkdaşlığı davam etdirmək və daha bir briqada hazırlamaq barədə razılığa gəldik”, – Zelenski vurğulayıb. O, digər ölkələrin də “bu səylərə qoşulacağına və əlavə Ukrayna briqadalarının komplektləşdirilməsinə öz töhfələrini verəcəklərinə” ümid etdiyini bildirib.

Prezidentin sözlərinə görə, sülh üçün “etibarlı zəmanətlərə ehtiyac var”.

Zelenski Makronun “Ukraynada vəziyyətin sabitləşməsinə və sülhə doğru irəliləməyə kömək etmək üçün [xarici] qüvvələrin” iştirakını nəzərdə tutan təşəbbüsü üzərində işin davam etdiyini vurğulayıb.

Избранный
25
3
far.az

4Источники