RU

NATO-nun baş katibi gələcəkdə Ukrayna istehsalı olan silahlar alacağına söz verib

Bakı. Trend:

NATO-nun baş katibi Mark Rütte Ukraynaya nəinki onu silahlatəmin edəcəyini, həm də gələcəkdə silahları ondan alacağını vədedib.

Trend-in məlumatına görə, o, bu mövqeyini iqamətgahında VladimirZelenski və bir sıra alyansa üzv dövlətlərin rəhbərləri ilə minisammitdən əvvəl açıqlayıb.

"Biz Ukrayna iqtisadiyyatını da müzakirə edirik. BizimUkraynadan silah almaq təşəbbüslərimiz var. Sizin nəhəng hərbisənayenizdən, çünki bizə Ukrayna üçün təkcə silah deyil, həm dəonlar üçün pul lazımdır", - deyə M.Rütte bildirib.

O vurğulayıb ki, Brüsseldə söhbət həm də ənənəvi mövzudan -Kiyevə daha çox silah göndərilməsinən gedəcək.

"Biz istəyirik ki, Ukrayna müstəqil şəkildə sülh danışıqlarınabaşlamaq qərarına gələnə qədər ən yaxşı vəziyyətdə olsun", - deyə obildirib.

Избранный
25
az.trend.az

1Источники