RU

Hakan Fidan Türkiyə qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyünü Açıqlayıb

Əgər miqrasiya və terrorizmin yaratdığı təhdidlər aradan qaldırılsa, Türkiyənin Suriyada hərbi mövcudluğunu saxlamaq üçün heç bir əsası olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin "Al Jazeera" telekanalına müsahibəsində deyib.

"Bildiyiniz kimi, Türkiyənin Suriyadakı mövcudluğunun iki əsas məqsədi var idi. Onlardan biri Türkiyəyə daha çox kütləvi köçün qarşısını almaqdır, çünki müxalifətin nəzarətində olan [ərazilərdə] 5 milyon insan yaşayırdı. Terrorla mübarizə məsələləri də bizim üçün vacib idi. İndi görürük ki, bu iki əsas problem aradan qalxır, Suriyada qalmağımız üçün heç bir səbəb yoxdur", - deyə o qeyd edib.

H.Fidanın sözlərinə görə, Türkiyə Suriyadakı nüfuzundan Suriya xalqına daha çox yardım cəlb etmək üçün istifadə etmək niyyətindədir

Избранный
8
1
xezerxeber.az

2Источники