RU

Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlik yaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadə mümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərinin imtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülürin çox hissəsi imtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna Dövlət İmtahan Mərkəzindən cavab verilib. Bildirilib ki, indiyə qədər imtahanlarda 5256 iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox, iştirak sayı) qeydə alınıb.

Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldə edib.

“Bolt” taksi şirkətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşıma xidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərin istifadəsi qadağandır.

"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdən çıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davam etsə də, təklifin azalması gününı pik saatlarında gözləmə müddətlərinin artmasına səbəb ola bilər", – deyə əlavə edilib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov taksi xidmətləri ilə bağlı yaranan problemi şərh edərkən deyib ki, taksilərlə bağlı məsələ yenə gündəmə qayıdıb.

Избранный
8
16
publika.az

10Источники