RU

"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI

22 yanvar 2025-ci il saat 12:00-da "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.

2. İclasın gündəliyinin təsdiq edilməsi.

3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.

4. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.

Избранный
13
2
fed.az

3Источники