RU

Suriyadan sonra hədəf Yəməndir?

Yəmənin paytaxtı Səna hava zərbələrinə məruz qalıb. Bu barədə Husilərin "Ənsar Allah" hərəkatının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, paytaxtın cənubunda və şimalında yerləşən Xəziz və Dəhaban mərkəzi elektrik stansiyalarına hücum edilib.

Bundan əlavə, qərbdəki Hodeyda əyaləti də hava hücumlarına məruz qalıb. Hodeyda limanına dörd dəfə, Ras-İssadakı neft çənlərinə isə iki dəfə hücum edilib.

Dekabrın 19-da İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Yəməndən atılan raketin qarşısını aldığını bəyan etmişdi.

Dekabrın 17-də isə ABŞ və Böyük Britaniya husilərin Sənanın mərkəzindəki müdafiə nazirliyinin qərargahına zərbələr endirib.

Bundan əvvəl Yəmən husiləri ABŞ ordusunun təchizat gəmilərinə hücum etdiyini açıqlamışdı.

Bəzi xarici KİV Suriyadan sonra Yəmən də də hərbi vəziyyətin gərginləşməsini təsadüfi saymırlar.

Tural

Избранный
7
news365.az

1Источники