RU

Əri tərəfindən öldürülən 27 yaşlı Bənövşənin qətlinin təfərrüatı

Paytaxtda baş vermiş amansız qətlin detalları məlum olub.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabr ayının 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.

Kürəkən, 36 yaşlı Hikmət Bəylər oğlu Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb.

Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verib.

Mərhum B. Əkbərovanın bibisi bildirib ki, qızın bədənində çoxsaylı bıçaq yarası olub. Bir saat ərzində ölməyən qadını öldürmək üçün kişi bu dəfə stulu götürərək başına vurub. 12-13 yaşlı oğul atasının ayaqlarına yapışaraq, “Anamı öldürmə!” deyə yalvarıb, lakin ata buna məhəl qoymayıb.

O, anasını öldürdükdən sonra uşaqları qaçıraraq atasının evinə aparıb.

Mərhum Bənövşə Əkbərovanın anası Gülbəniz Bədəlova bildirib ki, ailələr arasında düşmənçilik 2010-cu ildə, 14 yaşlı Bənövşənin Hikmət tərəfindən qaçırılması ilə başlayıb. Barışdıqdan sonra isə nəvəsi ona zəng edərək deyib ki, gecə atam anamı çilçıraqdan asıb. O, bu xəbəri alandan sonra dərhal polisə müraciət etdiklərini deyib.

Избранный
55
12
konkret.az

10Источники