Bakıda obyekt yanır.
Bu barədə Missiya.Az-a FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.
Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.