RU

Tələbələrin süni intellektdən istifadəsi: plagiatçılıq, yoxsa elmi səmərəlilik?

Bəzi tənqidçilər söyləyir ki, tənbəl tələbələr süni intellekt tərəfindən yaradılan işi birbaşa təhvil verirlər. Bəs sual olunur ki, bu proses həqiqətən bu qədər sadədir? 

Bu gün kurs işlərində ChatGPT, LLM (Böyük dil modeli) və ya süni intellektdən istifadə edən tələbələrin sayının müəyyən edilməsi çətindir. 

TƏHSİL.BİZ xəbər verir ki, Britaniyada 2023-cü ildə aparılan tədqiqatın nəticəsi olaraq tələbələrin təxminən üçdə birinin süni intellektdən hərdənbir, üçdə birinin isə həftədə bir istifadə etdiyi məlum olub. Lakin bu rəqəmlərin yuxarı sinif şagirdlərinin yarısından çoxuna qədər yüksəldiyi müşahidə olunur.

Bununla belə, 2024-cü ildə 16 ölkədən 3800-dən çox bakalavr, magistratura və doktorantura tələbələri arasında aparılan araşdırma göstərir ki, indi tələbələrin 86%-i süni intellektdən istifadə edir. Respondentlərin üçdə ikisi üçün ChatGPT ilk seçimdir, Grammarly və Microsoft Copilot ikinci və üçüncü yerlərdə qərarlaşıb. Qeyri-rəsmi məlumatlara görə, bütünlükdə ChatGPT tərəfindən yazılmış tapşırıqlar və ya ChatGPT elementləri olan hissələr bütün işin təxminən yarısında özünü aydın hiss etdirir.

Araşdırmaçılar qeyd edir ki, tələbələrin süni intellektdən istifadə halı o qədər çoxalıb ki, bu artıq normal hal kimi qəbul olunur. Məsələ ilə bağlı dünyanın öndəgedən ali təhsil müəssisələrində oxuyan tələbələr arasında sorğu aparılıb. Tələbələrin fikrinə görə, onların süni intellektdən ümumi istifadəsinin yanlış, tənbəllik göstəricisi və ya cəmiyyətdəki hansısa mənfi tendensiyanın nəticəsi kimi qiymətləndirilməsi yanlışdır. Onların fikrincə, plagiatçılıq və saxtakarlıq haqqında deyil, bu süni intellekt alətlərindən necə istifadə edilməsi haqqında danışmaq lazımdır. Çünki bu, tələbələrə qarşı inamsızlığın əlamətidir. Tələbələr ilkin hazırlıq etmək, layihələri detallaşdırmaq, praktiki suallar hazırlamaq, əlavə oxu resursları tapmaq üçün süni intellektdən istifadə edirlər.

Araşdırmaçılar söyləyirlər ki, süni intellekt dəstəkli texnologiyalar tədrisin təminatındakı boşluqları doldurur. Məsələn, süni intellekt tələbənin iştirak etmədiyi dərslərdə yoldaşının qeydlərindən daha faydalı ola bilir. Tələbə hansısa kodu, tapşırığı və ya mətni özü yazmaya bilər, lakin dəqiqləşdirmək üçün yoxlayıb əmin olur. Beləliklə, süni intellekt bu prosesləri inanılmaz sürətləndirir ki, bu da tələbələrin faydalılıq faizini yüksəldir. Beynəlxalq tələbələr üçün də süni intellektin köməyi böyükdür, çünki onların ana dilləri təhsil aldıqları dildən fərqli olduğuna görə xüsusi terminologiyanın tərcümə edilməsində süni intellektdən faydalanırlar. 

 

Избранный
14
tehsil.biz

1Источники